Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

Region Liqasının oyununda biabırçı hadisə – Görüş yarımçıq dayandırıldı

AFFA Region Liqasında bu gün keçirilən "Karvan" – "Şəki Siti" oyununda gözlənilməz hadisələr baş verib.

Pressing.az
xəbər verir ki, görüşün baş hakimi Sərxan İsmayılovun qərarları qonaqları xeyli narazı salıb.

Belə ki, 3-cü dəqiqədə şəkililərin iki oyunçusu sıradan çıxıb. Onlardan biri isə xəstəxanalıq olub. Lakin referi Yevlax təmsilçisinin sərt oynayaraq rəqibə xəsarət yetirən futbolçusuna vərəqə göstərməyib. Digər zədələnmə epizoduna görə də hakim əlini cibinə atmayıb.

"Karvan"ın hesabı bərabərləşdirməsinə (ilk qolu birinci hissənin sonlarında "Şəki Siti" vurub – red.) səbəb olan penalti epizodu da qonaqları narazı salıb. Qayda pozuntusunun cərimə meydançasından kənarda olduğunu əsas gətirən şəkililər bu epizoda görə penaltinin təyin edilməsindən gileyləniblər.
Matçda ən yaddaqalan hadisə isə görüşün sonlarında yaşanıb. "Karvan" 83-cü dəqiqədə ikinci qolu vuran zaman meydana azarkeşlər daxil olublar. Fanatlar qonaqların ünvanına təhqiramiz ifadələr səsləndirərək meydançaya axışıblar. Fəqət stadionda olan polislər onlara müdaxilə etməyiblər. Buna etiraz edən "Şəki Siti"nin məşqçi heyəti öz futbolçularından meydanı tərk etmələrini istəyib. Oyunçular kənara çıxınca, baş hakim Sərxan İsmayılov görüşün bitməsinə 7 dəqiqə qalmış final fitini səsləndirib.

Bir neçə dəqiqədən sonra matçın qaldığı yerdən davam etməsini istəyən Şəki təmsilçisinin bu tələbi də cavabsız qalıb və görüş 2:1 hesabı ilə yekunlaşıb.(offsideplus.az)

Oxşar xəbərlər