Xəbər lentiwidget-title-icon

Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyət
Niderland millisində ciddi itki
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat alıb
Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu
Bakı şəhər çempionatına start verilib - NƏTİCƏLƏR
"Sabah" "Neftçi"yə qarşı - ABL
Danimarka millisində itki
Azərbaycan millisi İrlandiyaya uduzdu
“Kəpəz” 1-ci Liqa komandası ilə heç-heçə edib
"Lans"ı o çalışdıracaq - RƏSMİ
14 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Ulduz futbolçunun 3 illik evliliyi sona çatdı
Rövşən Nəcəf millimizi təbrik edib
Millətlər Liqasında 5-ci tura yekun vurulur
"Naxçıvan"da ABŞ-li oyunçu - RƏSMİ
“Kür” Mingəçevirdə Şimali Makedoniya klubuna məğlub olub
“Sabah”ın oyunçusu ÇL-də həftənin ən yaxşısı seçildi
"Sabah"ın qapıçısı millidə iki qol buraxdı
"Qarabağ"ın futbolçusu üçün millidə 90 dəqiqə
Azərbaycan millisinin Omanla oyunlarının vaxtı açıqlanıb
Ayxan Abbasov: "Sevindirici hal odur ki, Millətlər Liqasında məğlub olmadıq"
Niderlanddan darmadağın, Slovakiya Farer adaları ilə bacarmadı – NƏTİCƏLƏR
Azərbaycan millisi Lixtenşteynə qalib gəldi

Cavid Hüseynovdan məğlubiyyət şərhi

"Səbail" klubu Misli Premyer Liqasının 15-ci turunda səfərdə "Sabah"a 0:1 hesabı ilə məğlub olub.

Pressing.az
xəbər verir ki, "dənizçilər"in baş məşqçisi cavid Hüseynov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi təbrik edirəm. Oyunun çətin olacağı məlum idi. Çünki heyətlə bağlı problemimiz var. Geniş heyətimiz yoxdur. Ən çox əziyyət çəkdiyimiz məqam da hücumdadır. Hücumda çox dişsizik. Oyun şəkli var. Hücum fazasında çox çatışmazlıq mövcuddur. Bu da hücumçuların olmaması ilə bağlıdır. Üzərimizə düşən vəzifə odur ki, qışa qədər səbir edəcəyik. Çalışacağıq ki, növbəti oyunda nəticə əldə edək. Çətin olsa da, başqa şansımız yoxdur.

- Rəhbərlik sizə transferlə bağlı nə söz verib?

- Komandaya hücumçu lazımdır. Transferlərlə bağlı iş gedir. Bəyəndiyimiz oyunçular var. Açıqlaya bilmərəm. Konkret bir şey yoxdur. Danışıqlar gedir. Zamanla hər şey bəlli olacaq.

- 1-2 futbolçu transfer edəcəksiz?

- Planımızda daha çoxdur. Sadəcə hələ bəlli deyil. Zədəlilərimiz də çoxdur. Madi Queta və Gitay Sofir 4 gündür ki, komandaya qoşulublar. Mən gələnə qədər 7 futbolçu zədəli idi. Ayman Boualinin zədəsi bir həftə sürəcək. Heyətlə bağlı durum ürəkaçan deyil.

- Birdən-birə bu qədər futbolçunun zədəli olması nə ilə bağlıdır?

- Məndən əvvəl olan problemdir. Bu haqda danışmağı düzgün hesab etmirəm. Fakt odur ki, bu qədər futbolçumuz zədəlidir. Səbəblər haqda danışmaq istəmirəm.

Oxşar xəbərlər


Bütün xəbərlər