Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

"Bir neçə ilə bu ölkənin liqası güclülərdən olacaq" - MÜSAHİBƏ

Pressing.az futzal üzrə milli komandamızın legioneri Qallonun müsahibəsini təqdim edir:

İki oyundan 6 xal toplamışıq. İşlər qaydasında gedir, deyə bilərik?

- Əslində, hazırlaşmaq üçün vaxtımız az oldu. Xüsusilə də fiziki planda 100 faiz hazır olduğumuzu deyə bilmərəm. Amma buna baxmayaraq, 2 oyun üçün qarşıya qoyulan məqsədə çatdıq. Hazırda 6 xal toplamışıq və qrupun liderik. Daha iki oyunumuz var və həmin görüşlərdə də üstün olmalıyıq.

Polşa ilə oyun daha çətin keçdi. Buna səbəb bizim tam hazır olmamağımız oldu, yoxsa rəqibimiz güclənib?

- Məncə, tam hazır olmamağımız oyunu bizim üçün çətinləşdirdi. Polşa ilə matçdan 3-4 gün əvvəl toplanışa yığışdıq. Amma bu cür görüşlərə hazırlaşmaq üçün bir qədər erkən toplaşmaq lazımdır. Rəqibimiz isə sabit çıxışı ilə seçilir.

Yunanıstanın qapısından 7 cavabsız top keçirdik. Artığını vurmaq mümkün idimi?

- Rəqibimiz düşünüldüyü qədər zəif komanda deyil. Onların da məqsədi var. Hesab oyuna görə oldu. Yaratdığımız qol epizodlarını demək olar, realizə etdik. Rəqibimizə hörmətlə yanaşmalıyıq. Belə etməsək, mütləq cəzalandırılacağıq.

Məqsəd əsas mərhələni birinci pillədə başa vurmaqdır. Bacaracağıqmı?

- Potensialımız var, heyətimiz güclüdür. Amma hazırlığımızı da diqqətdə saxlamalıyıq. FİFA-nın oyun günlərindən maksimum istifadə etməli, toplanış keçirməliyik. Millidə fasilə uzunmüddətli olmamalıdır.

Hazırda İndoneziya klubunda çıxış edirsən. İspaniyanı uzaq Asiya ölkəsinə dəyişməyin nə ilə bağlıdır?

- Əslində, həm “Levante”, həm də İspaniyanın digər klubu xidmətimdə maraqlı idi. Amma mən fərqli ölkədə, liqada çıxış etməyi, yeni mədəniyyətlə, adət-ənənə ilə tanış olmağı üstün tutdum. Əlbəttə, seçimimdə müqavilənin maliyyə şərtləri də vacib rol oynadı. Hazırkı klubumdan məmnunam. Ümid edirəm ki, mövsüm ərzində komandama faydalı olacam.

Amma İspaniya liqası daha güclü, daha çox izlənir. Bunu nəzərə almaq olmazdı?

- Razıyam, İspaniya çempionatı güclüdür. Ora maraq da böyükdür. Amma İndoneziya klubları da hər il legionerlələ güclənir, güclü futzalçılar dəvət edir. Bir neçə ilə bu ölkənin liqası güclülərdən olacaq.

Oxşar xəbərlər