Xəbər lentiwidget-title-icon

İlham Əliyev millimizi təbrik etdi: “Bütün qollar bir-birindən gözəl idi”
"Əsas odur ki, artıq bu rəqiblərə uduzmuruq"
Kurban Berdıyev: "Üzücü məqam odur ki, qələbə qazana bilmədik”
Bakıda "sülh", "Kəpəz"dən qələbə - YENİLƏNİB
"Düşünürəm ki, qələbəyə layiq idik" - Azər Məmmədov
Prezident İlham Əliyev dünya çempionatının açılışında
Zaur Həşimov: "Hazırda çox çətin durumdayıq"
"Neftçi" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda iki medal
"Şəfa" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
"Naxçıvan"dan qələbə - ABL
"Sabah"ın ulduzu Bundesliqa klubuna keçə bilər
Nə Elxan Məmmədov belə etmişdi, nə də Sərxan Hacıyev – ən pis nümunə Cahangir Fərəcullayevdir
Bu gün Bakıda U-15 dünya çempionatı start götürür
MPL: "Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı
Azərbaycan çempionatlarının 15000-ci qolu ondan gəldi
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalında
Zirədə 5 qol - VİDEO
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
Rəşad Sadıqov: "Vacib qələbə qazandıq" - VİDEO
"Sumqayıt"ın baş məşqçisindən məğlubiyyət şərhi
"Zirə" və "Qəbələ"dən qələbə – YENİLƏNİB
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Qol vurmaqda çətinlik çəkirik"
"Qarabağ"ın ötənilki heyəti daha güclü idi" - Yeton Bekiri
“Qarabağ” və “Kəpəz”in əvəzedicilərindən qələbə

Azərbaycan millisinin üzvü: “İsveçlə oyunda məsuliyyətimizi dərk edirik” – AÇIQLAMA

“İsveçlə oyunda məsuliyyətimizi dərk edirik”.

Pressing.az xəbər verir ki, bunu Azərbaycan yığmasının üzvü Tofiq Mikayılov Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Futzalçı AÇ-2026-nın əss mərhələsində İsveçə qarşı keçirəcəkləri oyuna hazırlıqlardan danışıb:

“Toplanış səmərəli keçir. Həm fiziki, həm də taktiki planda işlər görülür. Komandanın oyuna hazır olması üçün məşqçi-texniki heyət əlindən gələni edir. Rəhbərlik də hazırlaşmaq üçün hər cür şərait yaradıb. Buna qədər də bir neçə yoldaşlıq oyunları keçirdik. Bilirsiniz ki, heyətimizdə gənc futzalçılar az deyil. Həmin matçlar gənclərin beynəlxalq oyun təcrübəsi toplaması, özlərini yaxşı tərəfdən göstərməsi baxımından vacib idi. Bilirik ki, bizi ağır oyun gözləyir. Birinci görüşlər hər zaman çətin keçir”.

O, rəqibin oyununu izlədiklərini, fiziki planda güclü olduqlarını qeyd edib:

“İsveç xüsusilə fiziki cəhətdən hazırlıqlı komandadır. Yunanıstanla görüşü komanda şəklində izlədik. Məşqçimiz də zəif və təhlükəli tərəflərini bizə izah edib. Onlar doğma meydanda uduzublar, çalışacaqlar Bakıda bunun əvəzini çıxsınlar. Çünki qələbə qazana bilməsələr, mübarizə onlar üçün başa çatmış olacaq”.

Mikayılov zədəli futzalçılar və azarkeşlərlə bağlı danışıb:

“Zədəli olduğuna görə kapitan Emin Kürdov və əsas hücumçularımızdan Kənan Manafov kənarda qalıblar. Onlara da tezliklə sağalmağı, növbəti matçda yanımızda olmağı arzulayırıq. Azarkeşlərə səslənirəm ki, zala gəlsinlər, “6-cı oyunçu” vəzifəsini yerinə yetirsinlər. Yenə deyirəm, görüş bizim üçün çox vacibdir. Birlikdə bu dueldən qalib ayrılmalıyıq”.

Azərbaycan – İsveç matçı sabah Bakı İdman Sarayında, saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər