"Sumqayıt"ın baş məşqçisindən məğlubiyyət şərhi
“Sumqayıt” klubunun baş məşqçisi Felipe Kandido Misli Premyer Liqasının 9-cu turunda “Zirə”yə 2:3 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Pressing.az xəbər verir ki, mütəxəssis məğlubiyyətdən məyus olduğunu, komandasının daha yaxşı nəticəyə layiq olduğunu bildirib.
"Məncə, bu, utancverici məğlubiyyətdir. Hesab edirəm ki, sonda daha yaxşı nəticəyə layiq idik. Ancaq oyuna uğursuz başladıq. Hücum qurmağa çalışarkən vacib məqamlarda top itkilərinə yol verdik. Rəqibin güclü futbolçuları var və onlar bundan yararlana bildilər.
Bununla belə, hesabda 0:2 geridə olduğumuz vaxt komandamızın nümayiş etdirdiyi xarakter xoşuma gəldi. Fasilədə futbolçulara hələ oyuna qayıda biləcəyimizi dedim. İki qol vurduq, amma təəssüf ki, onlardan yalnız biri qeydə alındı".