Rəşad Sadıqov: "Vacib qələbə qazandıq" - VİDEO
“Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov “Sumqayıt” üzərində qazanılan qələbəni (3:2) şərh edib.
Pressing.az xəbər verir ki, mütəxəssis Misli Premyer Liqasının 9-cu turunda baş tutan oyundan sonra komandasının çıxışını dəyərləndirib və qış transfer pəncərəsində heyəti gücləndirmək istədiyini bildirib.
"Baxımlı oyun gözləyirdik. İlk saniyələrdən hər iki komanda bir-birinə təzyiq göstərməyə başladı və həmin dəqiqələrdə biz daha yaxşı görünürdük. Ancaq 30-35-ci dəqiqələrdən sonra komandaların oyununda eniş oldu. Rəqibə pressinq etmək üçün çox güc sərf etdik, buna görə də enerjimiz azaldı. Buna baxmayaraq, rəqibə həqiqətən təhlükəli epizodlar yaratmağa imkan vermədik.
İkinci hissəyə passiv başladıq. Artıq bir neçə oyundur ki, fasilədən dərhal sonra qol buraxırıq. Bu barədə danışırıq, amma hələlik problemi həll edə bilmirik. Hesab 2:2 olduqdan sonra komandamız irəli atıldı. Vacib qələbə qazandıq. Klub rəhbərliyini və futbolçularımızı təbrik edirəm".