Xəbər lentiwidget-title-icon

İlham Əliyev millimizi təbrik etdi: “Bütün qollar bir-birindən gözəl idi”
"Əsas odur ki, artıq bu rəqiblərə uduzmuruq"
Kurban Berdıyev: "Üzücü məqam odur ki, qələbə qazana bilmədik”
Bakıda "sülh", "Kəpəz"dən qələbə - YENİLƏNİB
"Düşünürəm ki, qələbəyə layiq idik" - Azər Məmmədov
Prezident İlham Əliyev dünya çempionatının açılışında
Zaur Həşimov: "Hazırda çox çətin durumdayıq"
"Neftçi" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda iki medal
"Şəfa" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
"Naxçıvan"dan qələbə - ABL
"Sabah"ın ulduzu Bundesliqa klubuna keçə bilər
Nə Elxan Məmmədov belə etmişdi, nə də Sərxan Hacıyev – ən pis nümunə Cahangir Fərəcullayevdir
Bu gün Bakıda U-15 dünya çempionatı start götürür
MPL: "Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı
Azərbaycan çempionatlarının 15000-ci qolu ondan gəldi
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalında
Zirədə 5 qol - VİDEO
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
Rəşad Sadıqov: "Vacib qələbə qazandıq" - VİDEO
"Sumqayıt"ın baş məşqçisindən məğlubiyyət şərhi
"Zirə" və "Qəbələ"dən qələbə – YENİLƏNİB
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Qol vurmaqda çətinlik çəkirik"
"Qarabağ"ın ötənilki heyəti daha güclü idi" - Yeton Bekiri
“Qarabağ” və “Kəpəz”in əvəzedicilərindən qələbə

"Əsas odur ki, artıq bu rəqiblərə uduzmuruq"

Misli Premyer Liqasının 9-cu turunda "Neftçi" "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Pressing.az
xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Yuri Vernidub matçdan sonra oyun haqda fikirlərini bölüşüb:

- Oyunun gedişatını nəzərə alsaq, nəticədən razısınız?

- Bunu demək mənim üçün çətindir. Oyuna yaxşı başlamadıq. İlk 20 dəqiqədə rəqib daha təhlükəli oynayırdı. Müdafiəçimizin səhvindən sonra azlıqda qaldıq. Təəccüblü olsa da, bundan sonra daha yaxşı oynamağa başladıq. Qol vurduq və fasiləyə üstünlüklə yollandıq.

- Ribeyronun qırmızı vərəqə almasını necə şərh edərdiniz?

- Futbolçunun sadə epizodda niyə belə qərar verdiyini anlamaq çətindir. Sadə epizod idi. Topu meydandan çıxara bilərdi. Topa qədər məsafə 7 metr, İbrahima Vadjiyə qədər isə 14 metr idi. Müdafiəçi daim hərəkətdə olmalı, meydanda piyada gəzməməlidir. Üstəlik, həmin epizodda bizə qarşı ciddi pressinq də yox idi. Artıq 10 aydır buradayam və bu məqam üzərində işləyirəm. Görünür, yaxşı işləməmişəm. Bu istiqamətdə daha çox çalışmağa davam edəcəyəm.

- Çempionluq uğrunda mübarizədə əsas rəqibləriniz “Qarabağ”, “Sabah”, “Turan Tovuz” və “Zirə”dir. Bu komandalara qarşı oyunlarda qələbə qazana bilməməyiniz sizi nə dərəcədə narahat edir?

- Mən həmişə qalib gəlmək istəyirəm. Qələbə qazana bilməmək mənim üçün çox ağrılıdır. Halbuki bunun üçün imkanlarımız da olub. “Qarabağ”a qarşı 3:1 öndə idik, amma sonda hesab 3:3 oldu. “Sabah”la görüşdə də qələbə qazana bilərdik. Əsas odur ki, artıq bu rəqiblərə uduzmuruq və onlarla bərabər səviyyədə mübarizə aparırıq.

- Emin Mahmudovun yoxluğunun səbəbi nədir?

- Onun yüngül zədəsi var. Hətta oyun üçün iştirak ərizəsinə də daxil etməmişdik.

- İqor Ribeyronun “Turan Tovuz”la oyunlarda artıq üçüncü qırmızı vərəqəsidir. Bəlkə, onun bu rəqibə qarşı xüsusi aqressiyası var?

- Deməzdim ki, aqressiyası var. Müdafiəçi həmin epizodda səhv etdi, topa daha tez çatmalı idi. Düşünmürəm ki, o, rəqibə qarşı bilərəkdən sərt oynasın və onu zədələmək istəsin. Dünən Ukrayna çempionatında “Dinamo” - “Kudrivka” matçında İvan Petryak zədələndi. Çox ağır zədə aldı, kəllə sümüyündə də sınıq yarandı. Orada da aqressiya yox idi, futbolçular baş-başa toqquşmuşdular. Yaxşı ki, hər şey yaxşı qurtardı. Ən vacibi futbolçuların sağlamlığıdır.
(sportal.az)

Oxşar xəbərlər

Bütün xəbərlər