Xəbər lentiwidget-title-icon

"Midtyulland"ın mövsümdə ilk kuboku
"Liverpul"dan antirekord
Dünya Seriyası: “Neftçi”dən ilk oyununda məğlubiyyət
MPL: “Şamaxı” “Turan Tovuz”a, “Qarabağ” “İmişli”yə qarşı
Rövşən Nəcəf çempion olan komandanın üzvləri ilə görüşüb
Fatimə Bayramova Avropa üçüncüsü oldu
I Liqada 27-ci çempion - "Şəfa"
"Araz-Naxçıvan"ın qələbəsi - VİDEO
Andrey Demçenko: "Məşqlərimizin bəhrəsini gördük"
"Kəpəz"dəki durum keçən ilə baxanda daha yaxşıdır" - Azər Bağırov
"Qəbələ" geridönüşlə qalib gəldi - VİDEO
"Araz-Naxçıvan" və "Qəbələ”dən qələbə - YENİLƏNİB
Sxadadzedən qələbə şərhi
"Sabah" – "Neftçi" oyunundan sonra möhtəşəm şou olacaq!
"Çox məyusam, amma nə etmək olar?" - Füzuli Məmmədov
"Şəfa" 21 ildən sonra Premyer Liqada!
"Araz-Naxçıvan" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
"Şəfa" Vüsal İsgəndərlini transfer etməyə yaxındır – ÖZƏL
Azərbaycan Birinciliyi və Olimpiada ilə bağlı müvafiq tapşırıqlar verilib
"Karvan-Yevlax" - "Qəbələ" matçı üçün HEYƏTLƏR
Azərbaycanın 5 güləşçisi yarımfinalda
Ançelotti ilə bağlı qərar - RƏSMİ
Çempionluq oyununa hakim təyinatları açıqlanıb
Fransa yığmasının DÇ-2026 üçün heyəti - SİYAHI
Avropa çempionu: “Qələbəni atama həsr edirəm” - AÇIQLAMA

Yuri Vernidub: "Mən sehrbaz deyiləm ki, dərhal nəyisə dəyişim"

"Neftçi" klubu Misli Premyer Liqasının 15-ci turunda doğma meydanda "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib.

Pressing.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Qələbə hesabını niyə saxlaya bilmədiz?

- 65-70 dəqiqə ərzində meydanda əsl futbol var idi. Bu futbolu da "Neftçi" nümayiş etdirird. Həmin anlara qədər qapımızın qarşısında hansısa təhlükənin olduğunu xatırlamıram. Hesab 2:0 olsa da, daha 3 qol vurmaq üçün şanslarımız var idi. Elə bu məqam qələbə qazana bilməməyimizə səbəb oldu. Komandam son 20 dəqiqəni yoğrun şəkildə oynadı. Səmimi şəkildə etiraf edim ki, fiziki güc yetərli qədər olmadı. Amma bütün bunların hamısını daha yaxşı istiqamətdə düzəltmək olar. Eybi yox. Qarşıda "Karvan-Yevlax"la oyunumuz var. Həmin matçdan sonra təlim-məşq toplanışına gedəcəyik. Orada komandanı daha yaxşı hazırlamaq şansımız olacaq. Yaxşı komandamız var. Futbolçuların sürəti, topla davranışı, texnikaları yaxşıdır. Sadəcə olaraq düzəlməli olan 1-2 məqam var. Bunlardan biri intizamın yaxşılaşdırılması, digəri isə fiziki gücün artırılması olmalıdır. "Neftçi"nin daha yüksək səviyyələrə qalxması üçün əlimizdən gələn və gəlməyən hər şeyi edəcəyik. Bu klubu Ukraynada "Dinamo" və "Şaxtyor"la müqayisə edirəm. "Neftçi" tarixi klubdur, Azərbaycan üçün brenddir.

- Sizin qarşınıza bu mövsüm üçün konkret hansı hədəf qoyulub?

- Böyük hədəflər qoymuşuq. Klub rəhbərliyinin məndən nələr tələb etdiyini bilirəm. İndi nəsə demək çətindir. Zaman göstərəcək. Bugünkü 65-70 dəqiqədəki kimi oyu sərgiləsək, yaxşı nəticələr əldə edə bilərik. Nə qədər çətin hədəflər olsa da, onlara çatmaq üçün əlimdən gələni edəcəyəm. Avrokuboklara vəsiqə qazanmaq üçün nə qədər irəli getməli olduğumuzu bilirəm. Amma futbolda hər şey ola bilər.. Buna inanıram. İnanmasam, bura gəlməzdim.

- Əlinizdə olan heyət qarşınıza qoyulan hədəflərə çatmaq üçün yetərlidir?

- Komandada olanlar pis oyunçular deyillər. Yüksək yerlərə qalxmaq istəyiriksə, mütləq şəkildə heyəti gücləndirməyə ehtiyac olacaq. Klub rəhbərliyi ilə danışıb axtarışlara başlayacağıq. Elə etməliyik ki, bir-birini əvəzləyə biləcək eyni səviyyədə iki oyunçu olsun. Vaxt da azdır. Dekabrın 20-si sonuncu oyunumuzdur. Yanvarın 23-ü isə yeni ilə ilk matça çıxacağıq. Cəmi 1 ay xatımız var. Ən azından indi futbolçuları tanıyıram, kimin nə bacardığını bilirəm. Bu, çox önəmlidir. Onların üzərində işləmək daha məntiqlidir, nəinki bütün heyəti dəyişmək. O mövqeyi tutsaq, gərək hər yarım ildə yeni komanda quraq. bu da effekt verməyəcək.

- "Neftçi"nin bu mövsüm bir oyunda bu qədər qol epizodu yaratdığını xatırlamırıq. Qısa müddətdə nəyi dəyişdiz ki, komanda belə məzmunlu oyun göstərdi?

- Düşünürəm ki, ilk növbədə bütün futbolçularla danışmaq lazımdır. Taktiki məşğələlərə daha çox vaxt ayırmaq vacibdir. Dominant oyun üslubuna üstünlük verməliyik. Oyunun əvvəlindən pressinq etmək qaçış məsafəsini də azaldır. Bir var hər şeyi öz qapından başlayasan, onda 60-70 metr məsafə qət etməli olursan. Hücumda pressinq edirsənsə, qaçış məsafəsi 15-20 metr azalır. bu da komandanın fiziki baxımdan yaxşı formada qalmasına kömək edir. Mənim dediyim futbol 60-70 dəqiqədə oynadığımız futbol idi. Burada həm kompaktlıq, həm də sürət var idi. Amma sonradan yorğunluq başladı və komanda heç vaxt görmək istəmədiyim oyun tərzinə keçdi.

- Vensan Abubakarın hazırlıq durumu sizi tam razı salmır?

- Bassala Sambu çox böyük iş gördü, "Sumqayıt"ın oyunçularına yaxşı pressinq tətbiq etdi. Bunun nəticəsində rəqib səhvlər etməyə başladı. Sambu çox pressinq etdiyi üçün yorulmuşdu. Ona görə də qərar verdim ki, daha təcrübəli futbolçu olan Abubakarı meydana buraxım. Bir ulduz oyunçu kimi onunj şansları daha yaxşı dəyərləndirəcəyini düşünürdüm. O, belə məqamlarda çox qollar vurub. Abubakarın "Portu"da, "Beşiktaş"da oyunlarını xatırlaya bilərik. Düzdür, indi həmin formada deyil. Təlim-məşq toplanışında fiziki hazırlığın üzərində çalışacağıq. 5 gün ərzində nəsə etmək çox çətindir. Mən sehrbaz deyiləm ki, dərhal nəyisə dəyişim. Amma nəyin üzərində və necə işləmək lazım olduğunu bilirəm. Bu komanda 8-ci yerdə olmamalıdır. Elə oynamalıyıqq ki, ən azından 3-cü yerdə olaq. Çünki bu klubun böyük tarixi və ənənələri var.(sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

"Midtyulland"ın mövsümdə ilk kuboku
"Liverpul"dan antirekord
Dünya Seriyası: “Neftçi”dən ilk oyununda məğlubiyyət
MPL: “Şamaxı” “Turan Tovuz”a, “Qarabağ” “İmişli”yə qarşı
Rövşən Nəcəf çempion olan komandanın üzvləri ilə görüşüb
Fatimə Bayramova Avropa üçüncüsü oldu
I Liqada 27-ci çempion - "Şəfa"
"Araz-Naxçıvan"ın qələbəsi - VİDEO
Andrey Demçenko: "Məşqlərimizin bəhrəsini gördük"
"Kəpəz"dəki durum keçən ilə baxanda daha yaxşıdır" - Azər Bağırov
"Qəbələ" geridönüşlə qalib gəldi - VİDEO
"Araz-Naxçıvan" və "Qəbələ”dən qələbə - YENİLƏNİB
Sxadadzedən qələbə şərhi
"Sabah" – "Neftçi" oyunundan sonra möhtəşəm şou olacaq!
"Çox məyusam, amma nə etmək olar?" - Füzuli Məmmədov
"Şəfa" 21 ildən sonra Premyer Liqada!
"Araz-Naxçıvan" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
"Şəfa" Vüsal İsgəndərlini transfer etməyə yaxındır – ÖZƏL
Azərbaycan Birinciliyi və Olimpiada ilə bağlı müvafiq tapşırıqlar verilib
"Karvan-Yevlax" - "Qəbələ" matçı üçün HEYƏTLƏR