Xəbər lentiwidget-title-icon

Yuri Vernidub: "Bizim səhv etmək şansımız yoxdur"
"Nəticəyə görə azarkeşlərimizdən üzr istəyirəm" - Jorj Kaşkilya
"Neftçi"dən darmadağın, "Qarabağ"dan şok məğlubiyyət - YENİLƏNİB
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli" matçı üçün HEYƏTLƏR
Qurban Qurbanov penalti epizodu barədə NƏLƏR DEDİ?
"Sumqayıt"ın iki legioneri milliyə dəvət alıb
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşib
"Qarabağ" rəhbərliyi hissləri ilə oynadığına görə Durandan ÜZR İSTƏDİ
Azərbaycan millisinin heyəti açıqlanıb - SİYAHI
"Kəpəz" - "Qarabağ" matçı üçün HEYƏTLƏR
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
Azərbaycan güləşinin ulduzları yenidən səhnədə
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
ACF kəmər dərəcələri üzrə imtahan təşkil edib
20 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycan millisi Türkiyədə bürünc medal qazandı
MPL: "Kəpəz" "Qarabağ"a, "Neftçi" "İmişli"yə qarşı
Avropa Liqasında bütün 1/4 finalçılar müəyyənləşdi
"Real"da şok itki
AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə məşqçi kursları başlayıb
19 mart: bu günə olan oyunlar hansı kanallarda? - TV AFİŞA
Avropa Liqası: Bu gün 1/4 finalın bütün iştirakçıları müəyyənləşəcək
“Araz-Naxçıvan”ın iki üzvü milliyə dəvət alıb
MPL: “Karvan-Yevlax” “Zirə”yə, “Sabah” “Sumqayıt”a qarşı

"Neftçi"nin uğur qazanacağına inanmasaydım..." - Yuri Vernidub

"Birinci hissə o qədər də uğurlu olmadı. Toplanışda yoxlama oyunları keçirdik. Bilirik ki, o matçlar o qədər də vacib deyil. Burada isə tələblər çətindir. Çünki hər matçda xal qazanmalıyıq".

Pressing.az xəbər verir ki, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 17-ci turunda "Zirə" ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis komandasının oyunun ilk hissəsində hücuma çıxmaqda çətinlik çəkməyinə və 2-ci hissədə Freddi Varqasın meydana daxil olmasından sonra isə istəkli görünməsinə münasibət bildirib: "Bu gün olduğumuz yerdən xeyli yuxarıya qalxmaq istəyirik. Ola bilər ki, əsəbi olmaq, psixoloji durum onlara imkan vermədi ki, istədiyimiz kimi oyun sərgiləyək. Bundan çox məyus olmuşam. İkinci hissədə bəzi dəyişikliklər etdik. Əgər bizdə birinci hissədə iki dayaq yarımmüdafiəçisi var idisə, ikinci hissədə dəyişiklik etdik. Metyu İfeanyini saxladıq, Freddi Varqas və Emin Mahmudov onun qarşısında idi. Birinci hissədə fərq ondan ibarət idi ki, cinahdakı hücumçular arasında məsafə böyük idi. Özüm də görürdüm ki, oyunçularım nəticədən məyus olublar. Hələ qarşıda görəcəyimiz iş çoxdur, 16 oyunumuz var. Nəticələr qazanmaq üçün öz üzərimizdə daha çox işləyəcəyik".

Y.Vernidub müdafiəçisi Elvin Bədəlovun hücuma çox çıxmasından da danışıb: "Bizdə elə tələb var ki, əgər müdafiəçilərimiz topu qəbul edirlərsə, topla da hərəkət etməlidirlər. Məsafə baxımından önəmlidir. Biri var dayandığı yerdən ötürmə etmək, biri də var topla hərəkət edib, daha irəlidə etmək. Bütün dünya indi belə oynayır".

Baş məşqçi "Demək olar ki, özünüz üçün heyət formalaşdırmısız? Qış toplanışında daha çox Emil Balayev qapıda idi. İndi isə Kenan Piriçə şans verdiniz..." sualına da cavab verib: "Toplanış toplanışdır. Biz həmin vaxt futbolçularla tanış olurduq. Sonuncu oyunda isə bugünkü heyət oynamışdı. Ona görə də həmin heyəti seçmək qərarı verdik. Nəzərə alaq ki, 22 futboçu var, hamısı oynamaq istəyir. Əlimdən gələni edəcəm ki, hamısı oynasın. Qapıçı məşqçimiz "Beşiktaş"da işləyib. Ona tam etibar edirəm. Toplanışda gördüm ki, o oyunçularla necə işləyir. Vaxt gələcək Rza Cəfərov da, Emil Balayev də oynayacaq. Baş məşqçi kimi bu gün seçimim Piriç idi. Qol buraxmadığı üçün demək olar, doğru seçim idi. Nəticə fərqli olsaydı, digər oyunçulara da şərait yaratmaq haqda düşünərdim".

O,"Neftçi"nin hazırkı heyətinin sabiq komandası “Krivbass”dan daha güclü olduğunu deyib: "22 nəfər futbolçu var, toplanışda da gördüz ki, hamısı oynamaq istəyir. Pis oyun göstərmədilər. Həmin vaxt basqı da az idi. Amma gözəl oynadılar. Fərq etmir, hər mövqedə 2 oyunçum var. Biri digərindəm bir az güclü, bir az zəif ola bilər. Amma bu önəmli fakt deyil. Bəziləri var ki, sürətdə yaxşıdır, bəziləri topu almaqda yaxşıdır. Buradakı olan heyət "Krivbass"dan daha güclüdür. Amma onların başqa üstünlüyü var idi. Onlar qələbədən baqa heç nə istəmirdilər. Nəticədə onu göstərdi ki, bürünc medal qazandılar. Ümid edirəm ki, bizim oyunçular da belə olacaqlar. Nəticə əldə etmək üçün ac olsunlar. İstəyərdik ki, ən yuxarıda olaq. Amma ən azından başlanğıc üçün hansısa nəticə göstərməlidirlər. Necə olacağını zaman göstərəcək".

Sonda Y.Vernidub "Söz verirsiniz ki, "Neftçi"yə uğur qazandıracaqsız? Ümumiyyətlə, inamınız neçə faizdir" sualına belə cavab verib: "İnanmasaydım, burada olmazdım. Həyatda ən önəmlisi nəyəsə inanmaq və arzu etməkdir. Bunlar olmasa, həyatın nə mənası olar?".

Oxşar xəbərlər


Bütün xəbərlər

Yuri Vernidub: "Bizim səhv etmək şansımız yoxdur"
"Nəticəyə görə azarkeşlərimizdən üzr istəyirəm" - Jorj Kaşkilya
"Neftçi"dən darmadağın, "Qarabağ"dan şok məğlubiyyət - YENİLƏNİB
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli" matçı üçün HEYƏTLƏR
Qurban Qurbanov penalti epizodu barədə NƏLƏR DEDİ?
"Sumqayıt"ın iki legioneri milliyə dəvət alıb
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşib
"Qarabağ" rəhbərliyi hissləri ilə oynadığına görə Durandan ÜZR İSTƏDİ
Azərbaycan millisinin heyəti açıqlanıb - SİYAHI
"Kəpəz" - "Qarabağ" matçı üçün HEYƏTLƏR
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
Azərbaycan güləşinin ulduzları yenidən səhnədə
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
ACF kəmər dərəcələri üzrə imtahan təşkil edib
20 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycan millisi Türkiyədə bürünc medal qazandı
MPL: "Kəpəz" "Qarabağ"a, "Neftçi" "İmişli"yə qarşı
Avropa Liqasında bütün 1/4 finalçılar müəyyənləşdi
"Real"da şok itki