Xəbər lentiwidget-title-icon

AFFA 4 komandaya texniki məğlubiyyət verib
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
Bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu!
"Mançester Yunayted” Kerriki istefaya göndərdi
Bakıda cüdoçular üçün təlim-məşq toplanışına start verilib
Azərbaycan gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
“Xilasedici” Çempionlar Liqasında “Sportinq”ə qalib gəlib
12 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
AFFA İntizam Komitəsi onları CƏZALANDIRDI
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
ML: Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı
Daha bir futbolçu vəfat etdi
ACF və AMADA-dan milli üçün anti-dopinq seminarı
Nərmin Abdinova Avropa çempionu olub
“Neftçi” Yunanıstan klubuna qalib gəlib
Azərbaycan taekvondoçusu Dakarda gümüş medal qazanıb
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
Belçika yığmasında ciddi itki
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
İtaliya klubunda yeni müqavilə - RƏSMİ
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyətlər
İkinci Liqada 11-ci turun oyunlarının vaxtı məlum olub
Azərbaycan güləşçisi beynəlxalq turnirin qalibi oldu

Bakıda keçiriləcək dünya çempionatına hazırlıq davam edir

Bu ilin oktyabrında Azərbaycan futbol tarixində ilk dəfə FIFA U-15 Dünya Çempionatına ev sahibliyi edəcək.

Pressing.az xəbər verir ki, FIFA tərəfindən yeni formatda təşkil olunan yarışda dünyanın müxtəlif ölkələrini təmsil edən 15 yaşadək futbolçulardan ibarət milli komandalar iştirak edəcək.

Turnir Bakıda keçiriləcək və oyunlar 8×8 formatında təşkil olunacaq.

Azərbaycan millisinin yarışda iştirakı ilə əlaqədar AFFA tərəfindən genişmiqyaslı seleksiya prosesi həyata keçirilib. İlkin mərhələdə 200-ə yaxın futbolçu seçimlərə cəlb olunub.

İlk mərhələdə ötən mövsüm U-15 yarışlarında yüksək nəticə göstərmiş komandaların futbolçuları “Dalğa Arena”da təşkil olunan seçimlərdə iştirak ediblər. Növbəti mərhələdə isə seleksiyanın əhatə dairəsi genişləndirilib və regionları, eləcə də digər klubları təmsil edən perspektivli futbolçular seçimlərə cəlb olunublar.

İlk iki mərhələnin nəticələrinə əsasən, 96 futbolçu növbəti seçim mərhələsində iştirak etmək hüququ qazanıb. Daha sonra məşqçilər heyəti tərəfindən futbolçuların texniki və taktiki keyfiyyətləri, oyun düşüncəsi, fiziki göstəriciləri və komanda daxilində fəaliyyəti qiymətləndirilib. Seçimlərin nəticəsində namizədlərin sayı 33 futbolçuya endirilib.

33 futbolçu milli komandanın təlim-məşq toplanışlarına cəlb olunub. İndiyədək keçirilən üç toplanışın nəticələrinə əsasən, 20 futbolçu hazırlıq prosesini davam etdirir.

Sentyabr ayında daha bir təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulub. Hazırlıq prosesinin əsas mərhələlərindən biri isə oktyabrın 2-dən 11-dək davam edəcək.

Növbəti mərhələlərdə 20 futbolçu arasında seçim davam etdiriləcək. Sonda Azərbaycanı FIFA U-15 Dünya Çempionatında təmsil edəcək 14 futbolçunun adı müəyyənləşdirilərək FIFA-ya təqdim olunacaq.

Seleksiya prosesinin əsas məqsədi ölkə üzrə perspektivli futbolçuları vahid seçim mexanizmi əsasında nəzərdən keçirmək və Azərbaycanı ilk FIFA U-15 Dünya Çempionatında təmsil edəcək heyəti formalaşdırmaqdır.

Oxşar xəbərlər

Bütün xəbərlər