AFFA 4 komandaya texniki məğlubiyyət verib
AFFA-nın təşkil etdiyi aşağı yaş qrupundan ibarət müxtəlif liqalarda 4 komanda texniki məğlubiyyətlə cəzalandırılıb.
Pressing.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
AFFA U-13 Liqasında keçirilməsi nəzərdə tutulan “Aslan” – “Kürmük” matçı ikincilərin heyətində yetərsay olmaması səbəbindən baş tutmayıb. Nəticədə qonaq komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Həmin gün AFFA U-12 Liqasında baş tutmalı olan ROFM – “FC Bayern Baku” görüşü qonaqların təyin edilmiş vaxtda meydanda olmaması ucbatından keçirilməyib. Bu səbəbdən qonaqlar 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
AFFA U-10 Liqasında təşkili planlaşdırılan “Şahdağ” – “Qusar” qarşılaşması ikincilərin heyətində yetərsay olmaması üzündən baş tutmayıb. Buna görə də Qusar təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni gündə AFFA U-14 Qızlar Liqasında baş tutan “İsmayıllı” – “Mürtülü” oyununda isə qonaqlar əsasnaməyə uyğun yaş limiti qaydasını pozub. Nəticədə “Mürtülü”yə texniki məğlubiyyət verilib, matçın hesabı isə olduğu kimi saxlanılıb.