AFFA “Səbail”ə texniki məğlubiyyət verdi
AFFA-nın aşağı yaş liqalarında iki matçın baş tutmaması səbəbindən “Səbail” və “Polad” komandalarına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Pressing.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
U-14 Liqasında oktyabrın 3-də keçirilməsi nəzərdə tutulan “Səbail” – “Zəfər” oyunu meydan sahibi komandanın oyun protokolunu doldurmaması və ev sahibi kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi səbəbindən baş tutmayıb. Bu səbəbdən, “Səbail”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasında oktyabrın 4-də baş tutmalı olan “Polad” – “Sumqayıt City” matçı isə “Polad” komandasının təyin olunmuş vaxtda oyuna gəlməməsi səbəbindən keçirilməyib. Nəticədə, “Polad” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilməsi qərara alınıb.