Cahangir Fərəcullayev dostunun Elxan Məmmədova "işlədiyini" ifşa etdi – ŞOK DETALLAR
Azərbaycan futbolunda kiminsə nüfuzunu zədələmək üçün adətən həmin adamın adını AFFA-nın sabiq baş katibi Elxan Məmmədovla hallandırırlar.
2 ay əvvəl Elxan Səmədov PFL prezidentliyinə namizəd olanda hazırkı baş katib Cahangir Fərəcullayev mətbuat katibi Murad Axundova tapşırıq vermişdi ki, saytlarda yalandan xəbər yaysınlar. Güya Səmədov prezident seçilmək üçün Məmmədovdan xahiş edib və s.
1 ay əvvəl AFFA-nın Media departamentindən uzaqlaşdırılan bəzi yoldaşlar barədə də Murad bəyin "laboratoriyası"ndan şayiələr yayılmışdı ki, güya bunlar mətbuat xidmətinin sabiq rəhbərinə xəbər ötürürlər-filan. Təbii ki, ağlı başında olan adamlar bu xəbərlərə inanmadılar. Şər və böhtan çalarları olduğunu yaxşı hiss etdilər.
Həyatın ironiyasına bax ki, 5 gün əvvəl baş katib Cahangir Fərəcullayev dostu Murad Axundovu məhz Elxan Məmmədova işləməkdə ittiham edərək işindən azad edib.
Demək, FİFA prezidenti Canni İnfantinonun dövlət başçısı tərəfindən qəbul olunması xəbərində Elxan Məmmədov ön planda verilib. Bu da baş katibi qəzəbləndirib. Dərhal tapşırıq verib ki, onun da fotosunun olduğu xəbər hazırlanıb manşetə verilsin və tirajlansın...
İnfantinonu yola salandan sonra baş katib yaxın ətrafı ilə uzun məşvərət etdikdən sonra nəticəyə gəlib ki, Axundov bunu məqsədli şəkildə edir və dərhal da "qələmini qırıb" yola salıb.
Elsevər Muradzadə, Sportliqa.az