Xəbər lentiwidget-title-icon

"Sumqayıt"ın əzmkar qələbəsi - VİDEO
Filipe Kandido: "Bu qədər qol epizodundan sonra qələbəyə layiq idik”
"Özümüzü çıxılmaz vəziyyətə saldıq" - Yuri Maksimov
Premyer Liqada "kambəklər" günü
1-ci Liqa: MOİK və "Karvan Yevlax"dan qələbə
"Şamaxı" geridönüşlə qalib gəldi - VİDEO
Azər Bağırovdan qələbə şərhi
Zaur Həşimov: "Acınacaqlı məğlubiyyət oldu"
Azərbaycan minifutbol yığması 3-cü yer uğrunda mübarizə aparacaq
"Çelsi"də itki
"Şamaxı" - "Şəfa" oyunu üçün HEYƏTLƏR
Azərbaycan şahmatçıları Avropa Kubokuna yollanır
16 oktyabr: Oyunlar hansı kanallarda? – TV AFİŞA
Dünya çempionatında daha bir medal
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk oyuna çıxır
"Şamaxı" "Şəfa"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı
Azərbaycan millisinin yarımfinaldakı rəqibi məlumdur
Atletimizdən Avropa birinciliyində 3 medal
Azərbaycan yığması yoxlama oyununda qələbə qazanıb
Salah hamını qabaqladı
Vüsal İsgəndərlinin komandasından xal itkisi
“Qarabağ”la oyunda “Neftçi” azarkeşləri üçün 7 sektor ayrılıb
"Sabah"ın futbolçusu ÇL-in rəmzi heyətində
1-ci Liqa: "Səbail", "Xankəndi" və "Şimal"dan qələbə
"Barselona" cəbhəsində Rafinya sevinci

Rövşən Nəcəf FİFA prezidentini təbrik edib - VİDEO

AFFA prezidenti Rövşən Nəcəf Canni İnfantinonun FİFA prezidenti seçilməsinin 10 illiyi münasibətilə təbrik ünvanlayıb.

Pressing.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Təbrikdə İnfantinonun FİFA prezidenti seçilməsinin 10-cu ildönümü münasibətilə səmimi təbriklər ifadə olunub və qurumlararası uğurlu tərəfdaşlıq vurğulanıb.

"Hörmətli prezident Canni İnfantino. Sizi FİFA prezidenti seçilməyinizin 10-cu ildönümü münasibətilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası adından səmimi-qəlbdən təbrik edirəm. Ötən onillikdə Sizin rəhbərliyiniz futbolun birliyini möhkəmləndirib və bütün dünyada bu idman növünün inkişafı üçün geniş imkanlar yaradıb".

AFFA rəhbəri FİFA ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə həyata keçirilən layihələrə və əldə olunan uğurlara da toxunub:

"Azərbaycanda futbolun inkişafı FİFA ilə sıx əməkdaşlıq nəticəsində real və ölçülə bilən irəliləyişlərlə nəticələnmişdir. 2024-cü ilin mart ayında Bakının "FİFA Series"in pilot layihəsinə ev sahibliyi etməsi bu etimadın bariz nümunəsidir. Milli komandamızla yanaşı, Bolqarıstan, Monqolustan və Tanzaniya yığmalarını qəbul etdik. Bu təşəbbüs FİFA-nın üzv assosiasiyalar üçün daha geniş beynəlxalq oyun imkanları yaratmaq öhdəliyinin bariz nümunəsidir. Həmçinin "FIFA Forward" proqramı çərçivəsində ölkəmizdə VAR sisteminin tətbiqi, regional futbol akademiyalarının inşası və infrastruktur layihələri gələcəyə yönəlmiş mühüm investisiyalar Azərbaycan futbolunun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.

Rövşən Nəcəf məktubda Canni İnfantinonun COP29 sammiti çərçivəsində Bakıya səfərini və qarşıdakı mötəbər turnirləri xüsusi qeyd edib:

"Sizi 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 sammiti zamanı qəbul etmək bizim üçün şərəf idi. FİFA-nın iqlim dəyişikliyi və davamlı inkişaf sahəsindəki fəallığı futbolun qlobal əməkdaşlıqdakı rolunu göstərir. Bununla yanaşı, Azərbaycanın Özbəkistanla birlikdə 2027-ci ildə keçiriləcək FİFA U-20 Dünya Çempionatına ev sahibi seçilməsi bizim üçün böyük qürurdur. Affa FİFA və bütün tərəfdaşlarla sıx əməkdaşlıq edərək ali standartlara cavab verən və dünya futbolunun ən yaxşı nümunələrini nümayış etdirən bir turnir təşkil etməyə tam sadiqdir".

Təbrikin sonunda AFFA prezidenti Canni İnfantinoya xoş arzularını çatdırıb və konstruktiv əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini bildirib.

Oxşar xəbərlər


Bütün xəbərlər

"Sumqayıt"ın əzmkar qələbəsi - VİDEO
Filipe Kandido: "Bu qədər qol epizodundan sonra qələbəyə layiq idik”
"Özümüzü çıxılmaz vəziyyətə saldıq" - Yuri Maksimov
Premyer Liqada "kambəklər" günü
1-ci Liqa: MOİK və "Karvan Yevlax"dan qələbə
"Şamaxı" geridönüşlə qalib gəldi - VİDEO
Azər Bağırovdan qələbə şərhi
Zaur Həşimov: "Acınacaqlı məğlubiyyət oldu"
Azərbaycan minifutbol yığması 3-cü yer uğrunda mübarizə aparacaq
"Çelsi"də itki
"Şamaxı" - "Şəfa" oyunu üçün HEYƏTLƏR
Azərbaycan şahmatçıları Avropa Kubokuna yollanır
16 oktyabr: Oyunlar hansı kanallarda? – TV AFİŞA
Dünya çempionatında daha bir medal
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk oyuna çıxır
"Şamaxı" "Şəfa"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı
Azərbaycan millisinin yarımfinaldakı rəqibi məlumdur
Atletimizdən Avropa birinciliyində 3 medal
Azərbaycan yığması yoxlama oyununda qələbə qazanıb
Salah hamını qabaqladı