Hidayət Heydərov 1/8 finalda
Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
Pressing.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mundialın üçüncü günündə Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulur. Görüşlər saat 10:30-da başlayıb.
73 kq
73 kq çəki dərəcəsində 2024-cü ilin Olimpiya və dünya çempionu Hidayət Heydərov ilk görüşünü 1/32 finalda Akil Qyakovaya (Kosovo) qarşı keçirib və rəqibini məğlub edib. 1/16 finalda Finlandiya təmsilçisi Olin Valtteri ilə üz-üzə gələn Hidayət bu görüşdə də qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Onun 1/8 finalda rəqibi Covannni Espositodur (İtaliya).
Eyni çəkidə Rəşid Məmmədəliyev ilk mərhələdən azad olub. O, 1/16 finalda Castin Lemirə (Kanada) qalib gəlib. R.Məmmədov 1/8 finalda İtan Nernlə (Böyük Britaniya) qarşılaşacaq.
57 kq
Qadınların yarışında 57 kq çəki dərəcəsində Xədicə Qadaşova 1/32 finalda qırğızıstanlı Janar Joldoşeva ilə üz-üzə gəlib və uduzub.
Xatırldaq ki, hazırda Azərbaycan millisinin aktivində 1 medal var. Əhməd Yusifov (60 kq) dünya çempionatının qızıl medalını qazanıb.