Xəbər lentiwidget-title-icon

Rəşad Sadıqov: "Bu, rəqibin nə qədər güclü olduğunu göstərir"
"Sabah" Azərbaycan Kubokunun da qalibi oldu!
"Sabah" - "Zirə" matçı üçün HEYƏTLƏR
"Sassuolo"dan "İnter"ə
"Bakı–Xankəndi" yarışında 4-cü mərhələnin qalibi o oldu
Nərimanın ABŞ klubundakı maaşı - 550 min dollar
Avropa Kubokunda iştirak edəcək Azərbaycan cüdoçuları
İtaliyalı idmançı “Bakı–Xankəndi” velosiped yarışının qalibi olub
"Araz-Naxçıvan"ın futbolçusu milliyə dəvət aldı
Gəncədə məktəblilər arasında minifutbol turniri keçirilib
13 may: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycan Kubokunun qalibi hansı komanda olacaq?
İsgəndər Əsgərova növbəti təyinat
Azərbaycanın stolüstü tennisçiləri üçün Daşkənd sınağı
Əli Cavadlı Avropa çempionatının finalında!
İkinci Liqada turun nəticələri
İngiltərə klubunda itki
UEFA-dan iki kluba cəza
İkinci Liqada 6 oyunun saatı məlum olub
Gəncə futbolunda Mahmud Qurbanov səsi: Veteranlardan çağırış
Birinci Liqada həftənin hakimləri məlum olub
Rəşad Sadıqov: “Bizim üzərimizdə daha çox təzyiq var”
"Zirə"də itkilər
"Səbirsizliklə sabahkı matçı gözləyirik" - Valdas Dambrauskas
Azərbaycan şahmatçıları türkdilli ölkələr arasında açıq yarışda

Güləşçilərimizdən 2 qızıl, 1 gümüş, 1 bürünc medal

Rumıniyanın paytaxtı Buxarest şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Pressing.az
xəbər verir ki, Azərbaycan təmsilçilərindən mübarizəyə 1/4 finaldan qoşulan Nürəddin Novruzov (57 kq) debütdə moldovalı Gennadi Diuvenjiyə heç bir şans tanımayıb – 12:2. Ancaq yarımfinalda hakimlərin müəmmalı qərarı fonunda türkiyəli Tolqa Özbekə minimal fərqlə uduzub – 4:5. Novruzov bürünc medal uğrunda görüşdə Edik Harutyunyana (Ermənistan) da uduzaraq 5-ci yerlə kifayətlənib.

Rəşid Babazadə (65 kq) startda moldovalı Veniamin Borzin üzərində inamlı qələbə qazanıb – 11:2. Gürcüstanlı Qoqa Otinaşviliylə qarşılaşma isə gərgin mübarizə şəraitində keçib. Rəqibinə 7:6 hesabıyla qalib gələn Babazadə adını yarımfinala yazdırıb. Rəşid türkiyəli Hamza Zopalını (11:8) da yolundan kənarlaşdıraraq finala yüksəlib. Həmyerlimiz həlledici görüşdə Fransa təmsilçisi Xamzat Arsamerzoyevlə üz-üzə gəlsə də, yarımfinal görüşündə aldığı zədə ona güləşməyə imkan verməyib. Belədə Babazadə U-23 Avropa çempionatını gümüş medalla başa vurub.

Maqomed-Başir Xaniyev (70 kq) 1/8 finalda ukraynalı Narek Poqosyandan güclü olub – 8:3. Təmsilçimiz 1/4 finalda avstriyalı Benedikt Huberə (11:1) tam üstünlüklə qalib gəlib. Xaniyev gürcüstanlı Davit Patsinaşvilini də (7:4) üstələyərək finala vəsiqə qazanıb. Maqomed-Başir finalda ermənistanlı Hayk Papikyanla qarşılaşıb. Rəqibinə tam üstünlüklə (10:0) qalib gələn Xaniyev Avropa çempionu olub.

Yarışa 1/4 finaldan başlayan Səbuhi Əmiraslanov (79 kq) çətinlik çəkmədən polşalı Mateuş Pedziçkini mübarizədən kənarlaşdırıb – 10:0. Əmiraslanov yarımfinalda böyüklər arasında sonra Avropa çempionu Georgios Kuqiumtsidisə (Yunanıstan) uduzub – 2:5. Səbuhi bürünc medal uğrunda ermənistanlı Narek Qriqoryanla güləşib və 4:1 hesablı qələbəylə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

İslam İlyasov (97 kq) təsnifat mərhələsində almaniyalı Ertuğrul Ağcaya qalib gəlib – 5:0. Həmyerlimiz 1/4 finalda bolqarıstanlı Kolyo Dimitrovu xalsız qoyub – 6:0. İlyasov yarımfinalda macarıstanlı Riçard Veqi eyni hesabla üstələyərək ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının finalına yüksəlib. İslam həlledici görüşdə türkiyəli Oktay Çiftçini sınağa çəkib. Rəqibinə 6:1 hesabıyla qalib gələn İlyasov titulunu qoruyaraq, ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi olub.

* * *

Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Qol.az xəbər verir ki, Azərbaycanın daha beş sərbəst güləşçisi bu gün mübarizəyə başlayacaq.

Ayxan Abdullazadə (61 kq) 1/4 finalda Emre Kural (Türkiyə) / Andrey Vitan (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək. Turan Bayramov (74 kq) təsnifatda Nikolay Dimitrovla (Bolqarıstan) görüşəcək. Fərid Cabbarov (86 kq) 1/4 finalda Knyaz İboyan (Ermənistan) / İvan İçizli (Moldova) qalibi ilə güləşəcək. Abdulcəlil Şabanov (92 kq) eyni mərhələdə Recep Haydari (Şimali Makedoniya) / İon Demian (Moldova) cütünün güclüsü ilə qarşılaşacaq. Vaxit Qalayev (125 kq) Uveys Feyzulahununlə (Şimali Makedoniya) üz-üzə gələcək.

Bu gün həmçinin Rəşid Babazadə (65 kq) finalda fransalı Xamzat Arsamerzoyevlə güləşəcək. Maqomed-Başir Xaniyev (70 kq) həlledici qarşılaşmada ermənistanlı Hayk Papikyanla üz-üzə gələcək. İslam İlyasov (97 kq) isə finalda türkiyəli Oktay Çiftçi ilə üz-üzə gələcək.

57 kq-da Nurəddin Novruzov və 79 kq-da Səbuhi Əmiraslanov isə yarımfinalda uduzduqlarından bürünc medal qarşılaşmalarına çıxacaqlar. 3-cü yer uğrunda görüşdə Novruzov Rafal Şevç (Polşa) / Edik Harutyunyan (Ermənistan) cütünün qalibi, Əmiraslanov isə digər Ermənistan təmsilçisi Narek Qriqoryanla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl qadın güləşçilərdən Birgül Soltanova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən isə Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) gümüş medala sahib çıxıb.

Oxşar xəbərlər


Bütün xəbərlər

Rəşad Sadıqov: "Bu, rəqibin nə qədər güclü olduğunu göstərir"
"Sabah" Azərbaycan Kubokunun da qalibi oldu!
"Sabah" - "Zirə" matçı üçün HEYƏTLƏR
"Sassuolo"dan "İnter"ə
"Bakı–Xankəndi" yarışında 4-cü mərhələnin qalibi o oldu
Nərimanın ABŞ klubundakı maaşı - 550 min dollar
Avropa Kubokunda iştirak edəcək Azərbaycan cüdoçuları
İtaliyalı idmançı “Bakı–Xankəndi” velosiped yarışının qalibi olub
"Araz-Naxçıvan"ın futbolçusu milliyə dəvət aldı
Gəncədə məktəblilər arasında minifutbol turniri keçirilib
13 may: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycan Kubokunun qalibi hansı komanda olacaq?
İsgəndər Əsgərova növbəti təyinat
Azərbaycanın stolüstü tennisçiləri üçün Daşkənd sınağı
Əli Cavadlı Avropa çempionatının finalında!
İkinci Liqada turun nəticələri
İngiltərə klubunda itki
UEFA-dan iki kluba cəza
İkinci Liqada 6 oyunun saatı məlum olub
Gəncə futbolunda Mahmud Qurbanov səsi: Veteranlardan çağırış