Xəbər lentiwidget-title-icon

Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi

Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib

Şimali Makedoniyanın paytaxtı Skopyedə U-17 Avropa çempionatı davam edir.

Pressing.az xəbər verir ki, bu gün 45, 51, 60, 71 və 92 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Azərbaycan idmançılarından Abdurrahman Hüseynli (45 kq) ukraynalı İqor Tutskanyuka (9:0) və moldovalı Vadim Tarelunqaya (8:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. 15 yaşlı güləşçimiz yarımfinalda rusiyalı Artyom Tkaçenko üzərində inamlı qələbə qazanıb – 9:2. Abdurrahman sabah finalda gürcüstanlı Saba Abaşidzeylə güləşəcək.

Elşad Abbasov (51 kq) polşalı Maçiey Qriniaya (9:0) və türkiyəli Serkan Gülləyə (17:9) tam üstünlüklə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Elşad finalın bir addımlığında ermənistanlı Marat Atşemyanla bacarmayıb – 0:10. Abbasov bürünc medal uğrunda qarşılaşmada Keve Kovaç (Macarıstan) – İosif Stratan (Moldova) görüşünün qalibiylə üz-üzə gələcək.

Əli Nəzərov (60 kq) ukraynalı Denis Seredinə 4:1 hesabıyla, moldovalı Vlad Duminikaya isə tam üstünlüklə (8:0) qalib gələrək yarımfinala adını yazdırıb. Əli yarımfinalda türkiyəli Abdul Arslantaşdan güclü olub – 3:1. Nəzərov finalda ermənistanlı Hayk Manukyanla qarşılaşacaq.

Yusif Əhmədli (71 kq) təsnifat mərhələsində ermənistanlı Roman Usoyana (5:5), Səid Paşayev (92 kq) isə 1/8 finalda türkiyəli Ahmet Uzuna (3:3) sonuncu xal prinsipinə əsasən məğlub olub.

Oxşar xəbərlər