Üç cüdoçumuz ilk görüşlərində qələbə qazanıb
Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
Pressing.az xəbər verir ki, mundialın dördüncü günündə Azərbaycanın 4 təmsilçisi mübarizə aparır.
81 kq
Vüsal Qələndərzadə 1/32 finalda Xristo Valkova (Bolqarıstan) ipponla qalib gələrək 1/16 finala yüksəlib. O, bu mərhələdə Saad Dikayevlə (Estoniya) qarşılaşacaq.
Zelim Tskaev – ilk mərhələdən azaddır. O, 1/16 finalda Viktor Sterpunu (Moldova) ipponla məğlubiyyətə uğradıb. 1/8 finalda Tskayevin rəqibi Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzar Tatalaşvili olacaq.
Ömər Rəcəbli – ilk mərhələdən azaddır. O, 1/16 finalda Sibqatullah Arabı (Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında yarışır) ipponla məğlub edib.
63 kq
Hanna Zaytseva – ilk mərhələdən azaddır. O, 1/16 finalda Pey Çun Yuan (Çin Taypeyi) – Anna Kriza (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
2 medalımız var
Hazırda Azərbaycan millisinin aktivində 2 medal (1 qızıl, 1 bürünc) var. Əhməd Yusifov (60 kq) dünya çempionu olub, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.
Dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.