Kurban Berdıyevdən qələbə şərhi
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 12-ci turu çərçivəsində "Şamaxı"ya qalib gəldikləri matç (2:0) haqda fikirlərini bölüşüb.
Pressing.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında o, qarşılaşmanın çətin keçdiyini, lakin qələbədən məmnun qaldığını bildirib:
“Gözlədiyimiz kimi, ağır oyun oldu. “Şamaxı” bu mövsüm daha aqressiv komandadır. Liderlərə qarşı keçirdikləri oyunlar da bunu təsdiqləyir. Qələbəyə görə çox sevinirik. Düzdür, səhvlərimiz də oldu. Amma istənilən halda, qələbə yaxşıdır. Azlıqda qalandan sonra futbolçular xarakter göstərdilər. Bu, çox şeydən xəbər verir”.