Zamiq Əliyev oynadı, komandası uduzdu
Futbol üzrə Albaniya Superliqasında 12-ci turun oyunları keçirilir.
Pressing.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” səfərdə “Skenderbeu”nun qonağı olub.
Matç meydan sahiblərinin 1:0 qələbəsi ilə yekunlaşıb. Georgios Lagonidisin 2-ci dəqiqədə vurduğu qol “Skenderbeu”ya qələbə qazandırıb.
Zamiq Əliyev qarşılaşmaya start heyətində çıxıb və 90 dəqiqə oynayıb.
Məğlubiyyətə baxmayaraq, “Eqnatiya” 27 xalla turnir cədvəlində liderdir.