İsgəndərlidən Albaniyada növbəti qol » Pressing.Az
İsgəndərlidən Albaniyada növbəti qol
Dünya Futbolu 17-12-2023, 09:30

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında 17-ci tur oyuna çıxıb.

Pressing.az
xəbər verir ki, komanda səfərdə Tirana "Dinamo"su ilə üz-üzə gəlib. Qarşılaşma "Eqnatiya"nın 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

Vüsal da bu oyunda iştirak edib. O. start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. İsgəndərli 80-ci dəqiqədə fərqlənib. Bu, onun Albaniya çempionatında vurduğu 6-cı qoldur.

Qeyd edək ki, "Eqnatiya" çempionatda 17 turdan sonra 37 xalla liderdir.