“Şahdağ-Qusar” yerini qorudu: Şimal səddi "Gəncəbasar" üçün keçilməz olub
Bu gün 1-ci liqada mövsüm başlayandan turnir cədvəlinin iki əzəli rəqibi üz-üzə gəlsə də, "Şahdağ Qusar" rəqibi "Gəncəbasar"a şimal səddini keçməyə imkan vermədi.
Əslində “Cəncəbasar” 1-ci liqada “Karvan-Yevlax”, “Səbail” və “MOİK” qədər iddialı və yüksək liqa həvəslidi. Oyunun çəkisini anlamaq üçün turnir cədvəlinə baxmaq kifayətdi. “Gəncəbasar" heç də sıradan və ya zəif rəqib deyil - əvvəlki turlarda qazandıqları inamlı qələbələrlə cədvəlin ikinci pilləsində qərarlaşaraq, "Şahdağ Qusar"la sözün əsl mənasında daban-dabana, çiyin-çiyinə dayanıblar.
Zirvənin birinci və ikinci yerlərini bölüşən bu iki iddialı komandanın duelində Gəncə təmsilçisinin turnir cədvəlində bir pillə yuxarı qalxmaq arzusu çox açıq görünürdü. Amma Qusar klubu liderliyi qoruyub saxlamaqla həm öz səddinin keçilməz olduğunu nümayiş etdirdi, həm də güclü rəqiblərə diş göstərmək potensialını ortaya qoydu. Belə oyunlarda təkcə ustalıq yox, həm də ağıl lazımdı. “Gəncəbasar” bundan əvvəlki oyunlarda rəqibə göz açmağa imkan verməyib. Bu gün şimallılar qonaqların bütün planlarını alt-üst etdi: meydanın mərkəzini tamamilə nəzarətə götürərək onların sürətli hücum xəttini zərərsizləşdirdi və oyunun sükanını sona qədər öz əlində saxladı.
Kritik epizodlarda şimallıların soyuqqanlılığı çox maraq doğurur. Məsələn, birinci hissənin ortalarında "Gəncəbasar"ın sürətli əks-hücumla sağ cinahdan qapıya yaxınlaşdığı bir epizodda yarımmüdafiəçi İdir Butrifin vaxtında geri qayıdaraq topu təmiz şəkildə rəqibdən alması və dərhal komandasını hücuma çıxarması oyunun qırılma nöqtələrindən biriydi. İdiri orta xəttin dirijoru da hesab etmək olar. Adam sanki rəqibin bütün gedişlərini əvvəlcədən “oxuyur”. Daha sonra hücum xəttində Mehrac Baxşalı ikinci hissənin əvvəlində iki müdafiəçinin arasından sıyrılaraq yaratdığı təhlükəli vəziyyətlə "Gəncəbasar"ı əməlli-başlı silkələdi. Mehracın belə reydləri rəqib müdafiəçilərin hücuma dəstək vermək şansını sıfıra endirir.
Qapıçı Elməddin Sultanovun soyuqqanlılığı da diqqəti cəlb edir. Onun sayəsində “Gəncəbasar” uzaq məsafədən və standart vəziyyətlərdən qapıya heç cür yol tapa bilmədi. Xüsusilə oyunun son dəqiqələrində cərimə meydançasına göndərilən təhlükəli asmada topu ələ keçirməsi "Şahdağ"ın arxa xəttini xeyli sakitləşdirdi. Eyni zamanda, mənim fikrimcə, oyunda ən səhvsiz müdafiəçi Kamran Ağakərimov idi. Rəqibin sürətli forvardlarının pressinqini gördünüz. Bunu deməmək ədalətsizlik olar. Amma bunun fonunda, məsələn, ikinci hissənin ortalarında "Gəncəbasar"ın qapıçı ilə təkbətək qaldığı epizodda Kamranın son andakı sürüşmə fəndi (podkat) ilə təhlükəni sovuşdurması da tərifəlayiqdi.
Əlbəttə, bu intizamın və soyuqqanlılığın dəqiq hesablamaları var. Bunları da baş məşqçi Füzuli Məmmədov ölçüb-biçir. Adamın rəqiblərin gücünü qulaqardına vurmayacaq səviyyədə təcrübəsi var. Bilir ki, vaxtında edilən müdaxilələr oyunun tempini və taleyini çox dəyişir. 1-ci liqadakı rəqiblər də etiraf edir ki, F.Məmmədovun sayəsində Qusar təmsilçisi meydanda həmişə bütöv kollektiv kimi görünür.
Qolsuz bitən bu prinsipial görüşdən qazanılan bir xal zənnimcə, "Şahdağ Qusar" üçün qələbəyə bərabər oldu. Bu nəticə ilə zirvədəki birinciliyini qoruyan şimallılar, həm də ən yaxın izləyicisinə psixoloji travma yaşadaraq şimal səddinin keçilməz olduğu mesajını verdi.
Qarşıda "Baku Sportinq"lə səfər matçı var. Şimallıların səfərə böyük özgüvənlə gedir. Çünki bu gün ağır sınaqdan çıxıblar.
Orada da komandanın çətinlik çəkəcəyini düşünmürəm. Ən azından, komanda hazırda ən ideal fiziki formadadı. Bu da əslində qələbənin yarısı deməkdi.
Orxan İsmayılov