Xəbər lentiwidget-title-icon

Dioqo Balau: "Belə ot örtüyündə oynamağa öyrəşməmişik" – MÜSAHİBƏ
İtaliya klubundan Azərbaycan millisinin üzvü ilə yeni müqavilə
Məmmədov oynamadı, komandası qalib gəldi
Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb
"Qəbələ"nin qələbəsi - VİDEO
Zaur Həşimov: "Bu oyun üzərimizdəki təzyiqi artırdı"
"Turan Tovuz" "Şamaxı"ya belə qalib gəldi - VİDEO
Yeton Bekiri: "Qələbəyə layiq olan biz idik"
"Şəfa"dan məğlubiyyət, "Turan Tovuz"dan qələbə - YENİLƏNİB
"Yolumuza davam edəcəyik" - Azər Bağırov
Kurban Berdıyevdən qələbə şərhi
"Bayern"də şok itki
"Şəfa" - "Qəbələ" matçı üçün HEYƏTLƏR
"Şamaxı" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
İdmançımız dünya çempionatının bürünc mükafatçısı oldu
"Barselona"dan Xavi ilə bağlı qərar - RƏSMİ
MPL: “Şamaxı” “Turan Tovuz”a, “Şəfa” “Qəbələ”yə qarşı
Zamiq Əliyev oynadı, komandası uduzdu
"Sabah"dan darmadağın - VİDEO
"İmişli" - "Zirə" oyununda vurulan 4 qol - VİDEO
1000-ə bir şey qalmadı
“Şahdağ-Qusar” yerini qorudu: Şimal səddi "Gəncəbasar" üçün keçilməz olub
Filipe Kandido: "Qırmızı vərəqə almasaydıq..."
"Beş qol da bunu göstərir" - Valdas Dambrauskas
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi – YENİLƏNİB

Dioqo Balau: "Belə ot örtüyündə oynamağa öyrəşməmişik" – MÜSAHİBƏ

Misli Premyer Liqasının 12-ci turunda keçirilən "Şamaxı" – "Turan Tovuz" oyunundan (0:2) sonra Tovuz təmsilçisinin portuqaliyalı müdafiəçisi Dioqo Balau Pressing.az-ın suallarını cavablandırıb.

– Qələbə qazandınız. Oyun barədə təəssüratlarınız necədir?

– Çətin qarşılaşma oldu. "Şamaxı" öz meydanında daim mübarizə aparır, təzyiq göstərməyi bacarır. Həm günəşli havada, digər tərəfdən də süni ot örtüyündə oynamaq əlavə çətinliklər yaradır. Biz əvvəldən bu məsələlərə hazırlaşmışdıq. Yaxşı müdafiə olunduq. Qol buraxmadıq. Hesab üzümüzü güldürür.

– Nəticə yaxşıdır. Amma performans baxımından komandanın oyun üslubu sizi qane edir?

– Dediyim kimi, belə ot örtüyündə oynamağa öyrəşməmişik. Həmişə belə şəraitdə oynamaq komanda üçün ağır olur. Bu, futboldur. Bəzən yaxşı çıxış edirsən, bəzən gözlədiyin nəticə olmur və ya istədiyin alınmır. Əsas məsələ nəticə qazanmaqdır.

– Qırmızı vərəqədən sonra komanda sanki daha çox müdafiədən oynadı...

– Qırmızı vərəqə epizodunda əvəz olunmuşdum. Lakin həmişə 10 nəfərlə oynamaq çətin olur. Əminəm ki, bütün komandalar mənim fikrimlə razılaşar. Lakin son 15 dəqiqədə komanda şəklində yaxşı müdafiə olunduq. Qol buraxmadıq. Nəticə istədiyimiz kimi oldu.

– Növbəti matçda Qərb derbisi baş tutacaq. "Kəpəz"ə qarşı oyundan gözləntiləriniz nədir?

– Qələbəyə ehtiyacımız var. Onlara qarşı son matçda məğlub olmuşduq. Hazırda əsas foksumuz o matçı qələbə ilə başa vurmaqdır.

– Bu mövsüm son çempionların göstərdiyi oyunlar "Turan Tovuz"un Premyer Liqanın qalibi olması ehtimalını artırır?

– Əlbəttə. Hər bir mövsüm bizim şanslarımız olur. Ətrafımızda bizi dəstəkləyən xeyli insan var. Keyfiyyətli komanda formalaşıb. Biz daim yüksək pillələr üçün oynamalı, orada qalmağı düşünməliyik.

– "Neftçi" çempionatın lideridir... Bu sizə çempionluq yolunda çətinlik yarada bilər?

– "Neftçi"yə qarşı oynamaq çətindir. Lakin biz səfərdə onlardan xal almağı bacarmışıq. Diqqətimizi növbəti matçlara yönləndirməliyik.

Azad Nuriyev

Oxşar xəbərlər

Bütün xəbərlər