Xəbər lentiwidget-title-icon

Zirədə vurulan 2 qol - VİDEO
"Sumqayıt"dan qələbə, Zirədə "sülh" - YENİLƏNİB
"Meydanda vuruşaraq xal qazandıq" - Azər Bağırov
Rəşad Sadıqov: "Əlverişli qol epizodlarından yararlana bilmədik"
"Zirə" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan cüdoçusu finalda
10 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Viçko Şevel: “Sabah”la oyunda iki xal itirdik" – MÜSAHİBƏ
Azərbaycanın 3 cüdoçusu 1/8 finalda
Azərbaycanlı hakim Ermənistan millisinin daha iki oyununda
Azərbaycanın 5 boksçusu finalda
Timoteuş Puxaç: "ÇL-in himnini Azərbaycanda eşitmək qürurvericidir" – AÇIQLAMA
MPL: "Zirə" "Şamaxı"ya, "Sumqayıt" "Qəbələ"yə qarşı
"Naxçıvan"dan qələbə
Azərbaycan Kubokunda 3700-cü
Türkiyə millisində daha bir dövrün sonu
"Sabah"ın futbolçusu: "Slaviya" ilə qarşılaşmada ən yaxşı çıxışımızı görəcəksiniz" – MÜSAHİBƏ
“Neftçi” - “Sabah” matçında "sülh" - VİDEO
Orxan Məmmədov Qırğızıstanın idman rəsmiləri ilə birgə layihələri müzakirə edib
Yuri Vernidub: "Bu xal da bizi qane edir ki..."
"Nəticə yaxşı olanda düşünürlər ki, iş asandır" - Valdas Dambrauskas
"Neftçi" "Sabah"la heç-heçə etdi, "Kəpəz"dən qələbə - YENİLƏNİB
"Kəpəz"in "Araz-Naxçıvan" üzərində qələbəsi - VİDEO
"Neftçi" - "Sabah" matçı üçün HEYƏTLƏR
Samir Xeyirbəyov: “Rayon uşaqlarının Bakı klublarında azarkeş dəstəyi azdır” – AÇIQLAMA

Azərbaycan güləşçilərindən AÇ-də 3 medal

Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyanın Poreç şəhərində təşkil olunan yeniyetmələr (U-15, U-17) arasında Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanıblar.

Pressing.az xəbər verir ki, qitə birinciliyində Azərbaycanı baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında U-17 millisi təmsil edib.

B qrupunda yer alan Rəşid Nazarov (60 kq) Xorvatiya güləşçiləri – Nikola Duriçlə Lovro Vidoviçə, eləcə də ukraynalı İliya Klimçuka 3:0 hesabı ilə qalib gəlib. Qrup lideri kimi yarımfinala yüksələn Nazarov final uğrunda mübarizədə gürcüstanlı Rati Beridzeyə son saniyələrdə məğlub olub – 2:3. Rəşid bürünc medal uğrunda qarşılaşmada yenidən Klimçukla üz-üzə gəlib. Bu dəfə rəqibinə xal verməyən (3:0) Nazarov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Ruslan Vəliyev (70 kq) A qrupunda yunanıstanlı Yannis Apostolla ukraynalı İvan Zaliskonu 3:0 hesabı ilə üstələyib. Xorvatiyalı Leon Kuzman güləşmədiyi üçün Vəliyev hesabına texniki qələbə də yazdırıb. Ruslan qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Onunla eyni çəkidə çıxış edən Ayxan Quliyev C qrupunda keçirdiyi ilk görüşdə gürcüstanlı Luka Maxaradzeyə 1:3 hesabı ilə məğlub olsa da, xorvatiyalı Toma Jelenç güləşmədiyi üçün texniki qələbə qazanıb, ardınca fransalı Tomas Reborqdan güclü olub – 3:1. Təmsilçilərimiz yarımfinalda üz-üzə gəlib. Ruslan Ayxanla mübarizədən qalib ayrılıb – 4:1. Quliyev bürünc medal uğrunda qarşılaşmada gürcü Bidzina Jintçaradze ilə bacarmayıb – 0:4. Ancaq Vəliyev həlledici görüşdə Gürcüstanın digər təmsilçisi Luka Maxaradzeyə 3:0 hesabıyla qalib gələrək Avropa çempionu olub.

Nihad Süleymanlı (80 kq) debütdə britaniyalı Marşal Everetə 3:0 hesabıyla qalib gələrək A qrupuna vəsiqə qazanıb. Nihad qrup mərhələsində gürcüstanlı Nuradin Mustafayevi 3:1, yunanıstanlı Panayotis Kiparissopulosla macarıstanlı Norbert Tapodini isə 3:0 hesabıyla məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib. Süleymanlı bu mərhələdə gürcüstanlı Zebur Abaşidzeyə də heç bir şans tanımayıb – 3:0. Nihad finalda yenidən Mustafayevlə qarşılaşıb və rəqibə əvəz çıxmağa imkan verməyib. 4:1 hesablı qələbəyə sevinən Süleymanlı qızıl medalı boynundan asıb.

Beləliklə, millimiz Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazanıb. Medalların əyarına görə bütün ölkələri qabaqlayan Azərbaycan xala görə sıralamada 3-cü yeri tutub. 65 xal toplayan komandamız Gürcüstan (85) və Ukraynadan (70) geri qalıb.

Qitə birinciliyində I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyub.

Oxşar xəbərlər


Bütün xəbərlər

Zirədə vurulan 2 qol - VİDEO
"Sumqayıt"dan qələbə, Zirədə "sülh" - YENİLƏNİB
"Meydanda vuruşaraq xal qazandıq" - Azər Bağırov
Rəşad Sadıqov: "Əlverişli qol epizodlarından yararlana bilmədik"
"Zirə" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan cüdoçusu finalda
10 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Viçko Şevel: “Sabah”la oyunda iki xal itirdik" – MÜSAHİBƏ
Azərbaycanın 3 cüdoçusu 1/8 finalda
Azərbaycanlı hakim Ermənistan millisinin daha iki oyununda
Azərbaycanın 5 boksçusu finalda
Timoteuş Puxaç: "ÇL-in himnini Azərbaycanda eşitmək qürurvericidir" – AÇIQLAMA
MPL: "Zirə" "Şamaxı"ya, "Sumqayıt" "Qəbələ"yə qarşı
"Naxçıvan"dan qələbə
Azərbaycan Kubokunda 3700-cü
Türkiyə millisində daha bir dövrün sonu
"Sabah"ın futbolçusu: "Slaviya" ilə qarşılaşmada ən yaxşı çıxışımızı görəcəksiniz" – MÜSAHİBƏ
“Neftçi” - “Sabah” matçında "sülh" - VİDEO
Orxan Məmmədov Qırğızıstanın idman rəsmiləri ilə birgə layihələri müzakirə edib
Yuri Vernidub: "Bu xal da bizi qane edir ki..."