Samir Xeyirbəyov: “Rayon uşaqlarının Bakı klublarında azarkeş dəstəyi azdır” – AÇIQLAMA
“Şahdağ-Qusar” klubunun prezidenti Samir Xeyirbəyov Pressing.az-a açıqlamasında regionda uşaq akademiyasının fəaliyyətinin vacibliyindən danışıb.
Xatırladaq ki, “Şahjdağ-Qusar” 1-ci liqanın favoritidi. Klub təmsil etdiyi rayonda yeni stadionun tikintisini yaxın zamanlarda başa çatdıracaq. Eyni zamanda, uşaq futbolunun inkişafı üçün akademiyanın fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur:
– Sizin diqqətinizi uşaq futbolu ilə bağlı hazırki vəziyyətə yönətmək istəyirəm. “Şahdağ-Qusar”ın çox gözəl akademiyası var, şimal bölgəsi üzrə istedadlı uşaqların cəlb olunmasını həyata keçirir. Ümumiyyətlə, hazırda uşaq futbolunun inkişafındakı vəziyyəti necə dəyərləndirirsiniz? Hansı problemlər var və necə aradan qaldırmaq olar?
– Uşaq futbolunun inkişafı bizimçün çox önəmlidi. Yerli, yəni əsasən şimal bölgəsindən olan uşaqlarla bağlı bizim bir layihəmiz var. İnşallah, yaxın müddətdə həmin layihəni həyata keçirəcəyik. Biz, Şahdağ Futbol Akademiyasının bir qolu olacaq. Bu layihə üçün artıq yer də ayrılıb və uşaqlar üçün stadion və akademiyanın bazası gücləndiriləcək. Hazırda “Şahdağ”ın 4 uşaq komandası var. Düzdü, hələ ki, icarəyə götürdüyümüz yerlərdə məşq edirik. İki məşqçi cəlb olunub və onlar uşaqların tam hazırlığına diqqət edir. Həm U-15, həm də U-11, U-12, U-13, U-14 komandamız yarışlara qatılır. Əsas önəm verdiğimiz məsələ odu ki, gələcəkdə bizim əsas komandanın bazasını yerli uşaqların arasından seçərək yetişdirməklə gecləndirək. Yəni, mükəmməl futbolçular yetişdirək. Bu istiqamətdə bilirsiniz ki, bizim bir sıra yeni layihələr də var. 1-ci liqadakı komandaya da hələ 1 il deyil ki, yatırımlar etmişik. Nəticəsini görürsünüz. Mövsüm başlayandan bir dəfə də olsun, məğlub olmayıblar, turnir cədvəlinin lideridir. Uşaq futbolunun inkişafı üçün də üzərimizə götürdüyümüz öhdəlikləri zənnimcə, layiqincə yerinə yetirəcəyik. Növbəti mövsümə qədər biz uşaq futbol məktəbinin tam qurulmasına söz veririk, inşallah, bu vədimizi təmin edə biləcəyik.
– Uşaq futbolunda hazırda bir sıra problemlər yaşanır. Bilirsiniz ki, bölgələrdən uşaqların Bakıda klublara cəlb olunması, burada yerləşdirilməsi prosesi əksər hallarda uğursuzluqla nəticələnir. Valideynlər uşaqla birlikdə paytaxta gəlir və daha sonra havada qalır. Mənə elə gəlir ki, sizin regionda akademiyanın işini eyni zamanda Avropa klubları ilə, onların mütəxəssisləri ilə əlaqələndirsəniz, uğurlarınız daha da yüksək olar. Həm də uşaqların Bakıya, Bakı klublarına ehtiyacı, minnəti qalmaz.
– Bəli, siz çox düzgün buyurursunuz. Futbolda əsas məsələ gördüyünüz kimi, azarkeş dəstəyidi. “Şahdağ” əgər mühtəşəm oyun göstərirsə, bunun bir səbəbi də oyunçuların əzimkarlığı ilə yanaşı, psixoloji amillər, yəni azarkeşlərdən alınan yüksək əhvali-ruhiyyə ilə bağlıdı. Bu gün azərkeş dəstəyi klublar üçün böyük əhəmiyyət daşıyır və hər bir bölgəyə bağlı bir klubun olması azarkeş ordusunun mütləq təminatı deməkdi. Yəni bizim uşaqlarımız da yetişib “Şahdağ”da oynasalar, onlar daha gözəl, daha əzmkar oyun nümayiş etdirəcək. Çünki bir məqsədləri olacaq: ailəsini, qohum-tanışı, onu tanıyanları sevindirmək. Amma Bakı klublarında bu dəstək yoxdu: ailədən kənar, azərkeş dəstəyini tam görə bilməmək onları çox sıxır. Bu hal onları psixoloji məyus edir, gücünü azaldır. Evdən uzaq olmaq bir uşaq üçün asan deyil. Amma region klubunda oynamaq uşaq üçün evdə, valideynlərin, qonşuların, qohum-əqrəbanın yanında, onların azarkeş dəstəyilə oynamaq deməkdi. Bu da ona ruh yüksəkliyi verir. Bunları da nəzərə alaraq uşaq futbol məktəbinin gücləndirilməsi əsas hədəflərimizdən biridi.
Zülfiyyə Mustafayeva
Xüsusi olaraq Pressing.az üçün