Yamalsız da “Barselona”dır... – YAZI
“Barselona” Bakıya yola düşüb, amma Yamalsız...
Bu gün Kataloniya təmsilçisinin gənc ulduzunu “küləklər şəhəri”nə gətirməyəcəyi ilə bağlı xəbər yayıldı. Təbii ki, hazırda dünya futbolunda adından söz etdirən bir oyunçunu Bakıda görmək, onun sehrli driblinqlərinə, özünəməxsus oyununa canlı şahidlik etmək əla olardı. Amma hər şey həmişə istədiyimiz kimi olmur.
Xəbəri eşidən bəzi futbolsevərlərin reaksiyası isə sanki Bakıda futbol matçı yox, matəm mərasimi keçiriləcəkmiş kimi oldu. Sosial şəbəkələrdə az qala yas havası hökm sürür: Yamal yoxdursa, “Barselona”nın oyununa getməyin nə mənası var? Hətta bilet almağına peşman olanlar da var.
Doğrudanmı? Yəni Yamal olmayanda Rafinya, Pedri, Kubarsi və digər ulduzların meydana çıxacağı bir oyunun cazibəsi itir? Məgər söhbət sıradan bir komandadan gedir? Axı bu, “Barselona”dır. Elə bir klub ki, adının özü belə futbolsevərlər üçün ayrıca tamaşadır. Onun formasını geyinmək, həmin loqo ilə meydana çıxmaq belə böyük futbol hadisəsidir.
Üstəlik, bu qarşılaşmanın bütün cazibəsini yalnız Kataloniya klubunun ulduzları ilə ölçmək də düzgün olmazdı. Qarşı tərəfdə tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan “Sabah” var. Bu, Azərbaycan futbolu üçün əlamətdar hadisə, Bakı üçün isə əsl futbol bayramıdır.
Təsadüfi deyil ki, matça 74 ölkədən bilet alınıb. Deməli, bu qarşılaşma artıq təkcə iki komandanın oyunu deyil, beynəlxalq futbol hadisəsinə çevrilib. İndiyədək “Qarabağ” sayəsində Avropanın “TOP-5” liqalarını təmsil edən klubları Bakıda görmək imkanımız olub. Amma “Barselona” və “Real” kimi nəhəngləri paytaxtımızda izləmək çoxlarının illərdir arzuladığı məqam idi. Ki, bunu da "Sabah" bacardı.
Əlqərəz, Bakıya Yamal gəlməsə də, “Barselona” gəlir. Və bu, özlüyündə böyük hadisədir...
Orxan İsmayılov