SON DƏQİQƏ! Lamin Yamal “Sabah”la oyunu buraxacaq
“Barselona”nın ulduz futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda “Sabah”la keçiriləcək matçda iştirak etməyəcək.
Pressing.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 18 yaşlı vingerin sağ ayaq biləyində yüngül narahatlıq var. Zədənin qarşısını almaq məqsədilə futbolçuya istirahət verilməsi qərara alınıb.
Klubdan verilən açıqlamada Yamalın gələn bazar günü “Deportivo” ilə matçda meydana çıxmasının gözlənildiyi qeyd olunub.
Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də Bakıda keçiriləcək və saat 21:45-də başlayacaq.