Azərbaycanın 3 cüdoçusu 1/8 finalda
Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Pressing.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən çempionatda bu gün fərdi yarışlar başa çatacaq.
Mundialın 7-ci günündə Azərbaycanın 4 təmsilçisi mübarizəyə qoşulub.
Kişilər
+100 kq çəki
Uşanqi Kokauri 1/16 finalda Emirxan Joldoşkazıyevə (Qırğızıstan) qalib gələrək 1/8 finala yüksəlib.
Camal Qamzatxanov Fransisko Solislə (Çili) üz-üzə gəlib və qələbə qazanaraq 1/8 finalda yarışmaq hüququ qazanıb.
Kənan Nəsibov ilk mərhələdən azaddır. O, 1/16 finalda Losseni Koneni (Almaniya) məğlub edərək 1/8 finala yüksəlib.
Qadınlar
+78 kq çəki
Mədinə Kaysinova Asya Tavanoya (İtaliya) uduzaraq mübarizəni başa vurub.
Hazırda Azərbaycan millisinin aktivində 5 medal (1 qızıl, 1 gümüş, 3 bürünc) var. Bu, ölkəmizin cüdo tarixində dünya çempionatlarında rekord göstəricidir.
Sabah çempionatda komanda yarışları təşkil olunacaq.