Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

Paris-2024: Bu gün 6 idmançımız və basketbol millimiz mübarizəyə başlayır

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 4-cü gündür.

Pressing.az xəbər verir ki, Azərbaycanın 6 idmançısı və 1 milli komandası mübarizəyə qoşulacaq.

Akademik avarçəkmə (fərdi)

Bu idman növündə Azərbaycan təmsilçisi edən Diana Dımçenko 1/4 finalda qüvvəsini sınayacaq. O, isveçrəli Yanzen Aurelia-Maksima Katalinaya, yeni zelandiyalı Tviqq Emmaya, ispaniyalı Dias Rivas Vircinaya, serbiyalı Arsik Covanaya və Filippinli Delqaso Joaniyə qarşı yarışacaq.

Avarçəkmə yarışları saat 11:30-da başlanır.

Cüdo

Bu gün 81 kq çəki dərəcəsində cüdoçumuz Zelim Tçkayev tatamiyə çıxacaq. Onun rəqibi hələlik məlum deyil. İlk mərhələdən azad olan Tçkayev mübarizəyə 1/16 finaldan qoşulacaq. Onun rəqibi Alfa Umar Calo (Fransa) və Abdelrahman Abdelqhani (Misir) arasında keçiriləcək görüşünün qalibi olacaq

Cüdo yarışları saat 12:00-da başlanır.

Üzgüçülük

Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində mübarizə aparacaq.

Üzgüçülük yarışları saat 13:00-da başlanır

Boks

Nicat Hüseynovun (51 kq) 1/16 finaldakı rəqibi Dominikan boksçusu, Pan Amerika Oyunlarının qalibi, Mərkəzi Amerika və Karib Oyunlarının gümüş mükafatçısı olan Junior Alkantara Reyesdir.

Döyüşün saat 17:30-da başlaması nəzərdə tutulub.

Murad Allahverdiyev (80 kq) də mübarizəyə 1/16 finaldan qoşulacaq. O, bu mərhələdə misirli idmançı, Afrika Oyunlarının qızıl və gümüş mükafatçısı, Afrika çempionatında gümüş, Aralıq dənizi oyunlarında qızıl medal qazanan Abdelrahman Abdelcavvadla qarşılaşacaq.

Döyüşün saat 18:34-də başlaması planlaşdırılıb.

Kamandan oxatma

Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova 1/32 finalda çinli An Qixuanla görüşəcək. An Qixuan artıq Paris-2024-də komanda yarışlarında gümüş medala sahib çıxıb. Həmçinin o, Asiya Oyunlarında da komanda yarışları üzrə gümüş medal qazanıb.

Görüşün saat 20:11-də başlaması nəzərdə tutulur.

3x3 basketbol

Nəhayət, günün sonunda Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi yarışa qoşulacaq. Təmsilçimiz ilk mərhələdə İspaniya yığması ilə görüşəcək. İspaniya millisi 1 dəfə Avropa çempionatının qalibi olub, 2 dəfə gümüş medal qazanıb. Həmçinin komanda Avropa Oyunlarında 2 dəfə bürünc medala yiyələnib.

Matç saat 23:00-da başlanacaq.

Bu gün Azərbaycan idmançısı Diana Dımçenkonun da mübarizə aparacağı triatlon üzrə yarışların keçirilməsi də planlaşdırılırdı. Lakin yarış sabaha təxirə salınıb. Buna səbəb Sena çayında suyun keyfiyyətinin aşağı olmasıdır. Ancaq Beynəlxalq Triatlon Federasiyası idmançıların sağlamlıqlarının onlar üçün prioritet olduğunu əsas gətirərək yarışın sabah baş tutacağına zəmanət verməyib.

Oxşar xəbərlər