Xəbər lentiwidget-title-icon

Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
Belçika yığmasında ciddi itki
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
İtaliya klubunda yeni müqavilə - RƏSMİ
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyətlər
İkinci Liqada 11-ci turun oyunlarının vaxtı məlum olub
Tanınmış jurnalist "Səbail"in mətbuat katibi təyin olundu
Azərbaycan güləşçisi beynəlxalq turnirin qalibi oldu
Məşhur mütəxxəssis "Fənərbağça"dan ayrıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlanıb
"Sumqayıt"ın futbolçusu Pakistan millisinə çağırılıb
“Xankəndi”nin doğma şəhərinə köçürülməsi planlaşdırılır
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
Azərbaycan millisi seçmə mərhələdə mübarizəyə başlayır
Azərbaycanın sərbəst güləşçilərindən Qazaxıstanda 8 medal
Tanınmış jurnalistə "Səbail"də vəzifə verildi
Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular bəllidir
İtaliya klubunda yeni baş məşqçi - RƏSMİ
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!

Paris-2024: Bu gün 4 idmançımız və basketbol yığmamız mübarizə aparacaq

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 5-ci gündür.

Pressing.az xəbər verir ki, bu gün Azərbaycanın 4 idmançısı və 1 milli komandası mübarizə aparacaq.

Cüdo

2024-cü ilin Avropa çempionu, 22 yaşlı Elcan Hacıyev (90 kq) 1/16 finalda Türkiyə təmsilçisi Mixael Zqankla (30 yaş) üz-üzə gələcək. Elcanın rəqibi Avropa Oyunlarının qalibi, Böyük dəbilqənin qızıl və altıqat bürünc mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının, Aralıq Dəniz Oyunlarının qalibidir. O, həmçinin dünya çempionatında da gümüş mükafat qazanıb.

Qeyd edək ki, E.Hacıyev son dünya reytinqində 18-ci, onun rəqibi Zqank isə 8-ci yeri tutur.

Cüdo yarışları saat 12:00-da başlayacaq.

Akademik avarçəkmə

Dünən 1/4 finalda mübarizəyə başlayan təmsilçimiz Diana Dımçenko 6-12-ci yerlər uğrunda yarışacaq.

Avarçəkmə yarışlarının saat 12:14-də start götürməsi planlaşdırılır.

Triatlon

Bu gün əvvəlcə kişilərin fərdi yarışında triatlonçumuz Rostislav Pevtsov çıxış edəcək. O, 55 nəfər idmançı ilə mübarizə aparacaq. Bu mərhələnin yarışları saat 12:45-də başlanır.

Qeyd edək ki, triatlon üzrə yarışların dünən keçirilməsi planlaşdırılırdı. Lakin Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən yarış bu günə təxirə salınıb.

Badminton

Badmintonçumuz Edi Reski Dviçayo E qrupundakı ikinci görüşündə danimarkalı Anders Antonsen səddini keçməyə çalışacaq. Edi ilk görüşündə avstriyalı Kollins Filimona qalib gəlib. Antonsen fərdi olaraq Avropa Oyunlarının qalibi, ikiqat Avropa çempionu, həmçinin qitə çempionatının ikiqat gümüş mükafatçısıdır. O, 4 dəfə qarışıq komandaların Avropa çempionatında, 4 dəfə isə kişilərdən ibarət komandaların Avropa çempionatında qalib olub.

Bu oyunların saat 18:30-da başlayacağı gözlənilir.

3x3 basketbol

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığması ilə qarşılaşacaq. Millimiz ötən gün ilk matçında İspaniyaya məğlub olub - 16:18.

ABŞ yığması Tokio-2020 Yay Olimpiya yunlarının qalibidir. Komanda dünya çempionatlarında 3 qızıl, 1 bürünc, Pan Amerika Oyunlarında 2 qızıl, Amerika Kubokunda 2 qızıl, 1 bürünc və gənclər arasında keçirilən Olimpiya Oyunlarında 2 qızıl, 1 bürünc medal qazanıb.

Matçın saat 23:30-da start götürməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Bütün xəbərlər