Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Kəmalə Əsgərova kişi voleybolçular arasında keçirilən CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin oyununa təyinat alıb.
Bu barədə Pressing.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən bildirilib.
O, Xorvatiyanın “Ribola Kastela” və Avstriyanın “UVC Holding Qrats” komandaları arasında bu gün Xorvatiyada keçiriləcək qarşılaşmada birinci hakim olacaq.
Ədalət təmsilçisinə bolqarıstanlı Boyan Zhelev kömək edəcək.