Xəbər lentiwidget-title-icon

Azərbaycan yığmalarından bir qələbə, bir məğlubiyyət
Millətlər Liqası: Azərbaycan yığması Litvaya qarşı
"Real"ın ulduzunun son durumu
Millətlər Liqası: İngiltərə İspaniyaya, Çexiya Xorvatiyaya uduzdu
"Azərbaycan millisi daha güclü və texnikalıdır" - Yankauskas
Azərbaycanın idmançılar "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
"Liverpul"da yeni təyinat - RƏSMİ
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
Ayxan Abbasov: "Meydana müsbət nəticə qazanmaq üçün çıxacağıq"
“Qarabağ”ın qapıçısı oynadı, Polşa heç-heçə etdi
26 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Gürcüstan millisində baş məşqçi ayrılığı
Formula 1-də həlledici yarış günü
Azərbaycan yığmasından tarixi nailiyyət
Millətlər Liqasında daha 10 oyun
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin açılış mərasimi yenidn Füzulidə
Bakıda keçiriləcək dünya çempionatına hazırlıq davam edir
Azərbaycan millisi Çexiyaya qalib gəlib
"Sabah"ın hücumçusu millidə qol vurdu
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
"Zirə" Çempionlar Liqası ilə vidalaşıb
Millətlər Liqası: Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
"Əsas odur ki, yaxşı nəticə əldə etdik" - Rəşad Eyyubov
Utziq yenidən "Qəbələ"də
Azərbaycan millisi Çexiya ilə heç-heçə etdi

"Bu, o demək deyil ki, Balakişi müəllim belə fikir formalaşdırmaq tapşırığı verib" – Qurban Qurbanov

"Qarabağ" klubu Misli Premyer Liqasının 33-cü turunda öz meydanında "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəlib.

Pressing.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Çoxdandır "Azersun Arena"da oynamırdıq. Bura qələbə ilə geri dönmək pis olmadı. Qarşımızda istəkli rəqib var idi. Daha baxımlı oyun ola bilərdi. Amma ən azından yaxşı mübarizə oldu. Meydanda 90 dəqiqə belə mübarizənin getməsi sevindiricidir.

- Bu gün 15 yaşlı Amin Rzayevə şans verdiniz. Növbəti oyunlarda da ona şans veriləcək?

- Xeyli vaxtdır bizimlə məşq edir. Bəzən milli komandaların düşərgəsində olanda məşqlərimizdən kənarda qalır. Hələ gəncdir. Maksimum yükləmələri qəbul edə bilmir. Perspektivi var deyə əsas komandaya cəlb etmişik. Yaşı az olsa da, fiziki göstəriciləri pis deyil. Formalaşması üçün ona vaxt lazımdır. Bir neçə mövqedə oynamağı bacarır. Belə oyunçuların olması bizim üçün vacibdir. Özündən çox şey asılı olacaq. Biz perspektivli hər futbolçu üçün şərait yarada bilərik. Digər məsələlər onların özlərindən asılıdır. Sevimli mövqeyi sol cinah müdafiəçisidir. Qarşıdakı oyunlarda da ona şans verəcəyik. "Zirə" ilə yoldaşlıq oyununda özünü daha rahat hiss edirdi. Bu gün rəsmi oyun olduğu üçün həm sevincli, həm də həyəcanlı idi. Bizim qapılarımız hamı üçün açıqdır.

- Ötən tur "Sabah"la oyundan sonra Bəhlul Mustafazadədən başqa bütün futbolçularla görüşdünüz. Bu da müzakirələrə səbəb oldu. Həmin anları necə şərh edərdiniz?

- Əgər problemli bir şey yoxdursa, hər hansı açıqlama vermək mənim üçün artıq olar. Biz neçə ildir Bəhlulla birlikdə çalışırıqsa, bütün matçlarda oynayırsa, görünən odur ki, bizim problemimiz yoxdur. Açıqlamaya da ehtiyac yoxdur.

- Dostunuz, həmkarınız Balakişi Qasımovun rəhbərlik etdiyi İTV-də belə bir fikirlər səslənir ki, hakimlər sizə köməklik edir. Həqiqətən hakimlər sizə kömək edir, yoxsa İTV sizə qarşı qərəzlidir?

- Balakişi Qasımov mənim tanıdığım ən dürüst insanlardan biridir. İnanmıram ki, o belə göstəriş versin. İctimai TV-yə gəlincə, orada qonaq olmayan jurnalist, futbol mütəxəssisi görməmişəm. İnsanların fikri azaddır. Bu, o demək deyil ki, Balakişi müəllim belə fikir formalaşdırmaq tapşırığı verib.

- Çempionluğu necə qeyd edəcəksiniz?

- Yəqin ki, hər il olduğu kimi bu il də klub rəhbərliyi yaxşı tədbir təşkil edəcək. Sadə formada tədbir olacaq.

- Mövsüm ərzində media ilə sıx əlaqədə olursuz. Futbolun inkişafında mətbuatın rolunu necə qiymətləndirirsiniz?

- Bir bir-birimizi tamamlamalıyıq. Sizin fikirləriniz, yazılarınız bizim üçün çox önəmlidir. Bu da inkişafın vacib hissəsidir. Həmişə mətbuatdan razı qalmışam. Futbolumuza dayaq olun. Əgər dəvət etsəniz, Azərbaycan mətbuatının 150 illik yubiley tədbirində də iştirak edərəm.

- "Azersun Holding"də baş verən rəhbər dəyişikliyinin kluba təsiri ola bilər?

- Bu barədə klubun rəhbərliyi açıqlama versə, daha yaxşı olar. Mənim bildiyim "Azersun Holding" rəhbərliyi daim daha yaxşısını etmək barədə düşünür. Abdolbari Gozal bəyə Allah rəhmət eləsin. Həmişə deyirdi ki, Heydər Əliyevə söz vermişəm, bu klubu Avropada daha yaxşı tanıtmaq üçün hər şeyi edəcəm. Təməli elə qoyulub ki, bu klub həmişə yaşayacaq. "Azersun Holding" rəhbərliyi hər zaman ən yaxşısını etməyə çalışacaq.

- Sizcə, "Qarabağ" - "Traktor" qardaşlıq matçının keçirilməsinin vaxtı çatıb?

- "Traktor"u ilk çempionluğu münasibətilə təbrik edirəm. Bu barədə hər hansı fikir bildirə bilməyəcəm. Böyük uğur əldə ediblər. Onlarla yoldaşlıq oyunu keçirsək, çox şad olaram. Yəqin ki, nə vaxtsa hər iki klubun rəhbərliyi bu barədə müzakirələr aparar. Biz də sevə-sevə oynamağa hazırıq.(sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

Azərbaycan yığmalarından bir qələbə, bir məğlubiyyət
Millətlər Liqası: Azərbaycan yığması Litvaya qarşı
"Real"ın ulduzunun son durumu
Millətlər Liqası: İngiltərə İspaniyaya, Çexiya Xorvatiyaya uduzdu
"Azərbaycan millisi daha güclü və texnikalıdır" - Yankauskas
Azərbaycanın idmançılar "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
"Liverpul"da yeni təyinat - RƏSMİ
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
Ayxan Abbasov: "Meydana müsbət nəticə qazanmaq üçün çıxacağıq"
“Qarabağ”ın qapıçısı oynadı, Polşa heç-heçə etdi
26 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Gürcüstan millisində baş məşqçi ayrılığı
Formula 1-də həlledici yarış günü
Azərbaycan yığmasından tarixi nailiyyət
Millətlər Liqasında daha 10 oyun
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin açılış mərasimi yenidn Füzulidə
Bakıda keçiriləcək dünya çempionatına hazırlıq davam edir
Azərbaycan millisi Çexiyaya qalib gəlib
"Sabah"ın hücumçusu millidə qol vurdu
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub