Xəbər lentiwidget-title-icon

“Qızıl top”un Azərbaycan təmsilçisi: "Keynin seçilməsində ədalətsizlik görmürəm"
Azərbaycan Kubokunda 5 komanda 1/8 finala yüksəldi - NƏTİCƏLƏR
Minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün püşkü atıldı
Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsi başlayır
27 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycan yığması UEFA İnkişaf Turnirini qələbə ilə bitirib
Ölkəmizi Asiya kubokunda onlar təmsil edəcəklər
"Araz-Naxçıvan" Çempionlar Liqasında ilk oyununa çıxır
Azərbaycan millisinin rəqibi müəyyənləşib
Bakıda ne-vaza üzrə ACF Kuboku başa çatıb
Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirində iştirak edəcək
Azərbaycan millisi EEVZA çempionatını 5-ci pillədə bitirib
“Futzalçılarımız üçün tarixi şansdır” - Fərid Ələkbərov
Murad Məmmədov oynadı, komandası xal itirdi
"Qızıl top" Harri Keynin oldu
"Qalatasaray" "Fənərbağça"ya qalib gəldi
“Qalatasaray” - “Fənərbağça” matçı üçün HEYƏTLƏR
“Qəbələ”nin əvəzedicilərindən qələbə
La Liqa nəhəngində itki
Qazaxıstan klubunda ayrılıq
Azərbaycan və Özbəkistanın idman nazirləri Respublika Velotrekində olublar
Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
"Qalatasaray" - "Fənərbağça" oyunu hansı kanallarda? - TV AFİŞA
Bu ölkədə çempion bəlli oldu
Həsrət Cəfərov və Nihat Məmmədli yarımfinalda

"Futbolçular qələbə qazanmaq üçün hər şey etdilər" - Qurban Qurbanov

"Neçə oyundur ki, azarkeş baxımından kasadlıq idi. Bu gün bizimlə idilər. Onlarla stadionda olmaq yaraşır. Futbolçularımı təbrik edirəm. İlin son matçı olmasına baxmayaraq, istək, konsentrasiya çox vacib idi. İlk dəqiqədən sona kimi bunu qoruyub saxlaya bildilər. Futbolçular qələbə qazanmaq üçün hər şey etdilər. Mahmud Qurbanova və komandasına uğurlar arzulayıram".

Pressing.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 18-ci turunda "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, komandanın qış fasiləsinə kimi çıxışı haqda bunları söyləyib: "Burada bir-bir hamısını söyləmək mənim üçün asan deyil. Gərək geriyə qayıdım, hansısa oyunu düşünüm. Ümumən futbolçularımın yanvar ayından bu günə kimi olan çıxışından tam razı qaldım. Çox möhkəm bir il keçirdilər. Bəzi oyunları çıxmaq şərtilə çox istəkli kollektiv gördüm".

Mütəxəsiss hazırda komandada yolları ayıracaqları bir futbolçu olmadığını vurğulayıb.

Q.Qurbanov futbolçusu Ramil Şeydayevin builki çıxışı ilə bağlı söyləyib: "Ondan bu cür çıxış gözləyirdim. Çünki, onu inanaraq komandaya götürmüşəm. Ramilin fiziki yükləmələri qəbul edəcək orqanizmi var. Oyun baxımından onda xeyli irəliləyiş var. Ramilə inanırdım. Ona görə də çox oyunlarda onu start heyətdə meydana buraxırdım. Onun performansına ancaq sevinirəm. O, dayanmalı deyil. Əksinə, gələn il daha da bacarıqlı və istəkli olmalıdır".

O, Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri "Gent" haqda da danışıb: "Rəqib haqda məlumatım var. Oyunlarını da izləmişəm. Qarşıda vaxt çoxdur. Ola bilər ki, bizimlə oyuna kimi komandada ümumi dəyişikliklər olsun. Qarşıdakı vaxtlarda "Gent"lə daha yaxından tanış olacağıq".

Oxşar xəbərlər

Bütün xəbərlər