Xəbər lentiwidget-title-icon

Millətlər Liqası: Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
"Əsas odur ki, yaxşı nəticə əldə etdik" - Rəşad Eyyubov
Utziq yenidən "Qəbələ"də
Azərbaycan millisi Çexiya ilə heç-heçə etdi
"Sabah"ın ÇL oyunlarına VİP bilet almaq istəyənlərin nəzərinə!
"Zirə” Çempionlar Liqasının 1/4 finalında
Almaniya millisində itki
Bellinqemdən ikinci dəfə
"Xankəndi" Zaur Hacıyevi istefaya göndərdi - RƏSMİ
25 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi
"Zirə"dən ayrılan qapıçı "Şəfa"da
Fərid Qayıbovla albaniyalı idman rəsmiləri arasında görüş
Azərbaycanlı şahmat hakimi FİDE-nin xüsusi mükafatına layiq görüldü
Litva- Azərbaycan matçının hakimləri açıqlanıb
“Sumqayıt” ingiltərəli basketbolçu ilə müqavilə bağlayıb - RƏSMİ
Azərbaycanın U-21 millisi Çexiyaya qarşı
“Kəpəz” Azərbaycan millisinə qalib gəlib
“Zirə” Çempionlar Liqasında ilk qələbəsini qazanıb
Şahmatçılarımızdan 8-ci turda iki heç-heçə
AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
Azərbaycan boksçusu Avropa çempionu oldu!
Azərbaycan klubunda yeni məşqçi - RƏSMİ
“Zirə”nin yeni transferi əməliyyat olunub

“Braqa” ilə oyunlarda komandanln daha yaxşı səviyyədə olmasına çalışacağıq” - Qurban Qurbanov

"Qarabağ" klubu Azərbaycan Premyer Liqasının 19-cu turunda evdə "Araz-Naxçıvan"a 3:1 hesabı ilə qalib gəlib.

Pressing.az
xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilmiş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Hələ tam idman formalarını bərpa etməsələr də, çox intizamlı oyun keçirdilər. Bu gün 90 dəqiqə onlardan eyni oyunu tələb edə bilməzdik. Çünki tam hazır deyillər. Qələbə üçün çox düzgün oyun oynadılar. Çox da istəkli idilər. Qarşımızda çox istəkli, dinamik komanda var idi. Rəqib çox sürətli oyunçulara malikdir. Vacib üç xal qazandıq. Belə havada futbolçularda istər-istəməz özünü idarə etmək, oyunun içində olmaq o qədər də assan deyildi. Hər halda, çox lazım olan intizamlı oyun göstərdilər. Soyuq havada bizi tək qoymayan azarkeşlərə təşəkkür edirəm.

- Aleksey İsayevin performansını necə dəyərləndirirsiz?

- Razı qaldım. Tez bir zamanda kollektivə, oyunumuza uyğunlaşdı. Amma biz qarşıda daha dinamik, daha komandaya fayda verəcək Aleksey görmək istəyirik. Bu potensial onda var. Bunu ondan tələb edəcəyik.

- “Qarabağ” artıq “Braqa” ilə oyuna hazırlığa start verib?

- Təkcə “Braqa” yox, mövsümün ikinci mərhələsinə hazırlıqlarımızı davam etdiririk. İstəyirik ki, oyundan-oyuna daha yaxşı səviyyəyə gəlib çıxaq. Bunun içində “Braqa” da var. Qarşıdakı oyunlarda daha təmkinli, daha yaxşı oyun göstərməliyik ki, “Braqa” ilə matçda komanda daha yaxşı səviyyədə olsun. Bu oyuna taktiki baxımından yox, fiziki baxımdan yaxşı səviyyəyə gətirib çıxarmaq istəyirik.

- “Qarabağ” qış hazırlığını adətən xaricdə keçirdi. Bu dəfə ölkəni tərk etmədiz. Xaricə getməmək futbolçuların hazırlığına nə dərəcədə təsir göstərdi?

- Ancaq yaxşı tərəfdən təsir göstərdi. Çünki il boyu futbolçular gərgin hazırlıq keçir. Avrokuboklara, çempionat matçlarına çıxdıq. Bizdə futbolçuların hər birindən tələblər böyükdür. Qrupa düşmək, qrupdan çıxmaq çox vacib idi. Futbolçularda psixoloji yorğunluq çox olur. Fiziki yorğunluğu tez bir zamanda aradan qaldırmaq mümkündür. Psixoloji yorğunluğu isə aradan qaldırmaq üçün düzgün proqrama ehtiyac oldu. Bakıda qalmağa gəldikdə, onsuzda vaxtımız az olacaqdı. Burada qaldıq. Futbolçuların məşqlərə gəlib, daha sonra ailələrin yanlarına gedirdilər. İnanıram ki, bunun futbolçulara faydası çox oldu. İstər-istəməz Antalyada və yaxud da başqa yerdə olsaydıq, hazırlıq fərqli psixoloji formada gedəcəkdi. Bunları nəzərə alaraq, Bakıda qalmağa qərar verdik.

- Adama Diakabi komandada qalacaq, yoxsa icarəyə göndəriləcək?

- Maya qədər müqaviləsi var. Mövsümün sonuna qədər bizimlədir. Daha sonra gələcək planlar haqda düşünəcəyik.

Oxşar xəbərlər

Bütün xəbərlər