Xəbər lentiwidget-title-icon

MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
“Turan”ın Çempionlar Liqası oyununa biletlər pulsuz paylanacaq
Əliyar Ağayev Gürcüstan - Ukrayna oyununu idarə edəcək
"Qəbələ"də yeni məşqçilər - RƏSMİ

"Mövsüm boyu düşüncələrdə dəyişikliklər olur" – Qurban Qurbanov

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 24-cü turunda "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri oyundan danışıb.

Pressing.az
xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib:

- Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Belə soyuq havada, sonlara yaxın da oyunun sürəti artdı. Dinamik futbol oynadılar. Bu oyunda hansısa komanda uduzsaydı, çox üzülərdi. Hər bir futbolçudan razı qaldım. İkimiz də bir xal qazandıq. Azarkeşlərimizə təşəkkür edirəm. Sanki oyunun əvvəli bir az darıxdırıcı kimi görünürdü. Ancaq sonradan oyun aktivləşdi, maraqlı matç alındı.

- Murad Musayev "Sabah"ı çalışdıranda, 3:2 hesablı qələbə qazanmışdı "Qarabağ"a qarşı. Bu mövsüm Kurban Berdiyev və Vasili Berezutski sizə uduzmayıb. Rusiyalı məşqçilərlə sizin komandanızın nəticələri təsadüfdür, yoxsa yaxşı analiz edirlər?

- Deyəcək bir şey yoxdur. Bura gəliblər, istəklidirlər, böyük təcrübə keçmiş məşqçilərdir. Bəlkə, "Sabaha"a uduzacağıq, ya udacağıq. Hər məşqçi, komanda rəqibi analiz edir. Normaldır. Görünən odur ki, biz daha çox təhlil etməliyik. Belə bir şey yoxdur ki, həmişə "Qarabağ", Qurban Qurbanov qalib gəlməlidir.

- 7- 8 futbolçunun müqaviləsi bitir. Onlarla hazırki durum necədir?

- Vaxtımız var. Mövsüm boyu fikirlər, düşüncələrdə dəyişikliklər olur. Hansısa futbolçunu göndərməyi düşünürsən, sonra saxlamaq istəyirsən. Ya da, əksinə. Mövsümün sonuna kimi vaxt var. Sonda dəqiq məlumatlar bildiriləcək.

- Buraxdığınız qolu necə şərh edərdiniz?

- O epizodda daha çox Sekidikanın ustalığını qeyd etmək lazımdır. Daha diqqətli olmaq lazımdır. Mateus Silvaya irad deyildi, motivasiya verdim ki, daha bərk oynamaq lazımdır.

- Bu oyunda bir xal qazandınız, yoxsa itirdiniz?

- Qazandıq. Xalımızın üzərinə xal gəlirsə, qazanmış hesab edirəm. (sportal.az)

Oxşar xəbərlər

Bütün xəbərlər