Xəbər lentiwidget-title-icon

Azərbaycan cüdoçusu bürünc medal qazanıb
Nikolya Pepedən tarixi qol
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti seçildi
"Səbail"də yeni oyunçu
"Neftçi"dən Yuri Vernidubla bağlı qərar
Arda Güler hamını qabaqladı
Minayə Əkbərovadan Qazaxıstanda qızıl medal
Türkiyənin ABŞ üzərində əzmkar qələbəsi - VİDEO
26 iyun: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Niderland Tunisi belə məğlub etdi - VİDEO
İngiltərə nəhəngi onu satır
Vinisius Ronaldonun rekordunu təkrarlayıb
Fransalı futbolçu Ukrayna klubunda
Bakıda "Football Conference Baku" konfransı 2-ci dəfə keçirilib
Türkiyədən mundiala qələbə ilə vida
İdman jurnalisti Şəkidə Beynəlxalq Şahmat Festivalının qalibi olub
"CBC Sport"dan ilk: DÇ oyununu xanımlar şərh edəcək
Renaldo "Qarabağ"da - RƏSMİ
Bakıda voleybol məşqçiləri üçün seminar
"Arsenal"dan yeni transfer
AFFA 2 komandanın şikayətini təmin edib
Abdurahmanov yenidən "Səbail"də
Azərbaycan birinciliyi keçiriləcək
Bu ölkə FİFA-dan QOVULDU
Rövşən Nəcəf: "Bu əlamətdar hadisə münasibətilə Azərbaycanın futbol ictimaiyyətini ürəkdən təbrik edirik”

Qurban Qurbanov: "Arada hirslənmək lazımdır"

"Qarabağ" klubu Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub edib.

Pressing.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xaldır. Fasilədən sonra komanda olaraq oyun ritmindən düşürük. Çox yaxşı, maraqlı oyun getdi. Qarşımızda da yaxşı rəqib var idi. Bu gün oyuna fərqli sistemdə başladılar. Biz fərqli hazırlaşmışdıq. Qarşımızda beşli müdafiə görəndə bəzi anlaşılmazlıqlar oldu. Amma get-gedə oyunu ələ ala bildik. Əsl futbol atmosferi var idi. Bütün azarkeşlərə təşəkkür edirəm.

- "Sumqayıt"ın baş məşqçisi Saşa İliç deyəsən sizi təbrik etmədi...

- Təbrik etdi. Özü də dərhal gəldi.

- Joni Montiel "Napoli" ilə oyuna hazırdır?

- İlk "11-lik"də onun üçün çətin olar. Bilirsiz ki, 1 ildən çoxdur start heyətində meydanda olmamışdı. Bir az narahatlığımız var idi. Bəlkə də onu çox oynatdıq. Düşündük ki, fasilədə 15 dəqiqə istirahət edib bir az da oyunda olsa, pis olmaz. Özünü yaxşı tərəfdən göstərdi. Ona öz idman formasını bərpa etmək üçün bir az vaxt lazım olacaq. "Napoli" ilə matçın gedişatında Montieli meydanda görə bilərik.

- Elvin Cəfərquliyevin start heyətində olmaması nə ilə bağlıdır?

- Sağlamlığı ilə bağlıdır. Neçə gün qızdırması oldu. Komanda ilə iki məşq edib. Bir az idman formasını itirib. Hazırda tam hazır deyil.

- Sizcə, "Sumqayıt"ın futbolçusuna verilən qırmızı vərəqə ağır qərar deyildi?

- Ağır qərar ola bilər. Mən də videoya baxdım. Futbol kontakt oyunudur, aqressiv oyundur. Ola bilər ki, hansısa epizodda emosiyalarını saxlaya bilmirsən. Belə hallarda səhv qərarların olmamasının tərəfdarıyam. Fərqi yoxdur, bizə və ya rəqibə. Ola bilər ki, səhv qərar idi. Mən də bununla razılaşıram.

- Son zamanlar emonional reaksiyalar verirsiz. Bunun səbəbi nədir?

- Həyatda ümumiyyətlə emosional olmayan insan var? Mateus Silvaya sarı vərəqə verilən epizodu deyirsiz yəqin ki. Arada nəsə demək lazımdır da. Oyunun əvvəlidir. Bəlkə də sarı vərəqə var idi. Amma maraqlı olur. Arada hirslənmək lazımdır.

- Kaşuk qoldan sonra sanki axsayırdı. Zədəsi var?

- Soruşmadım. Deyəsən, ayağına zərbə olmuşdu.

- “Bu şəhərdə”nin konsertində sizi parodiya ediblər. Buna münasibətiniz nədir?

- Kiminsə işinə qarışmaq istəmirəm. Mən belə şeylərə çox da baxmıram. Onlara uğurlar arzu edirəm.

- Kadi Borgesin yoxluğu “Napoli” ilə oyunda hiss olunacaq?

- Belə hallar olub. Əsas futbolçularımız bir çox oyunlarda iştirak etməyiblər. Amma uğurlu nəticələrimiz olub. Futbolçuların hamısı sağlam olanda hazırlığımız çox yaxşı səviyyədə keçir, seçimim çox olur. İstənilən oyunçunun yoxluğu təsirlərini göstərir.

- “Napoli” ilə oyunda əsas heyət necə olacaq?

- Hər şey ola bilər. Qarşıdakı günlərdə baxacağıq.

- "Qarabağ"dan “Napoli” ilə oyunda sürpriz nəticə gözləmək olar?

- Hazırlaşırıq. Yaxşı mübarizə aparmağa çalışacağıq. Yaxşı nəticə əldə etməyi çox istəyirik.(sportal.az)

Oxşar xəbərlər