Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

Paris-2024: Azərbaycan cüdoçusu finalın bir addımlığında

Azərbaycanın cüdo yığmasının daha bir üzvü bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Pressing.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev (Azərbaycan) 1/8 finalda Pyotr Kuçera (Polşa, dünya reytinqi 28) ilə qarşılaşıb. Polşa idmançısı 1/16 finalda Tomas Briçenoya (Çili, dünya reytinqi 46) qalib gəlib.

Zelim Kotsoyev hazırda öz çəkisində dünya reytinqində 1-cidir. Osetiyalı milliləşdirilmiş legioner olan Kotsoyev 2023-cü ildə (noyabr) Avropa çempionu, 2024-cü ilin mayında isə dünya çempionu olub. O, Azərbaycan millisinin Yay Olimpiya Oyunlarında medal ümidlərindən sayılır.

Kotsoyev ilk görüşündə ipponla qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi Peter Palçik (İsrail, dünya reytinqi 11) olub. İsrailli cüdoçu 2020-ci ildə Avropa çempionu adını, 2023-cü ildə isə dünya çempionatının bürünc medalını qazanıb.

Kotsoyev bu gorüşdə də qələbə qazanaraq (vaza-ari xalı ilə) yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi Muzaffarbek Turoboyev (Özbəkistan, dünya reytinqi 4) olub. Turoboyev dünya (2022-ci il) və Asiya (2024) çempionudur.

Digər yarımfinal cütlüyündə İlia Sulamanidze (Gürcüstan) ilə Daniel Eich (İsveçrə) üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 18:00-dan əvvəlcə bürünc medal uğrunda təsəlliverici qarşılaşmalar, sonra isə yarımfinal görüşləri başlanacaq.

Xatırladaq ki, Azərbaycan Paris-2024-ün cüdo yarışlarına 9 idmançı ilə qatılıb. Onlardan 7-si mübarizəni artıq başa vurub. Həmin idmançılardan yalnız Hidayət Heydərov medal (qızıl) qazanıb.

Oxşar xəbərlər