"Sabah"ın futbolçusu: "Slaviya" ilə qarşılaşmada ən yaxşı çıxışımızı görəcəksiniz" – MÜSAHİBƏ
Misli Premyer Liqasının 7-ci turunda keçirilən "Neftçi" – "Sabah" oyunundan (0:0) sonra qonaq komandanın xorvatiyalı yarımmüdafiəçisi İvan Lepinitsa Pressing.az-ın suallarını cavablandırıb:
– Oyun barədə fikirləriniz necədir?
- Çətin qarşılaşma alındı. Hesab edirəm ki, 0:0 ədalətli nəticədir. Hər iki tərəf əzmkar mübarizə aparırdı, meydanda döyüşürdü. "Neftçi"nin necə oynadığını hamımız yaxşı bilirik. Matça yaxşı hazırlaşmışdıq. Amma meydanda istədiyimiz performansı göstərə bilmədik.
– Oyundan öncə heyətlərə baxanda elə hiss edildi ki, "Sabah" sanki bu matçda Çempionlar Liqası üçün əsas heyəti qoruyur.
- Belə deməzdim. Bəzi oyunçular milli fasilədən yeni qayıtdığı üçün ehtiyatda idi. Onlar heyətə matçdan bir gün öncə qoşulmuşdular. Biz oyunlara ən yaxşı heyətimizlə çıxıb epizodlar yaratmağa çalışırıq.
– Bugünkü matçda qələbə üçün nə çatışmadı?
– Düşünürəm ki, top qazanmaq baxımından imkanlar qazana bilmədik. Aqressiv oyun alındı. Qarşımızda hansı komanda olduğundan xəbərdar idi. "Neftçi"nin bu heyəti baxımlı çıxış edir.
– Qarşıdan Çempionlar Liqası matçı gəlir. "Slaviya" ilə oyundan gözləntiləriniz nədir?
– Çexiya təmsilçi çətin rəqibdir. Hələ ki onları analiz etməyə vaxtımız olmayıb. Lakin onların matçda eynilə "Neftçi"nin oyun tərzinə bənzər çıxış etdiyi barədə eşitmişəm. Biz bu matça da yaxşı hazırlaşacağıq. Ümid edirəm ki, uğurlu nəticə sərgiləyəcəyik.
– Püşkatmadan sonra deyilirdi ki, "Slaviya" rəqiblər arasında ən asanıdır. Bununla razısınız?
– Qətiyyən. Bura Çempionlar Liqasıdır. Bu turnirdə öncədən nə baş verəcəyini təxmin etmək olmur. Turnirdə təsnifat mərhələsi ərzində yaxşı oyun ortaya qoymuşuq. Bundan sonrakı hər oyun çətin olacaq. Ümid edirəm ki, "Slaviya" ilə qarşılaşmada ən yaxşı çıxışımızı görəcəksiniz. 3 xal hədəfləmişik.
– Azarkeşlərə ÇL matçından öncə nə demək istərdiniz?
– Stadiona gəlin, bizi dəstəkləyin. Bu bizim üçün hər şey deməkdir. Onlardan güc alırıq.
Azad Nuriyev