Viçko Şevel: “Sabah”la oyunda iki xal itirdik" – MÜSAHİBƏ
"Neftçi"nin yeni transferi Viçko Şevel "Sabah"la qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının VII turunun oyunundan sonra Pressing.az-ın suallarını cavablandırıb:
– Oyun barədə fikirləriniz necədir?
– Düşünürəm ki, intensiv, hərəkətli oyun alındı. Əzmkar mübarizə izlədik. Lakin bəzi mövqelərdə rəqibə uduzduq. Amma yaratdığımız epizodlar daha yaxşı idi və qələbəyə layiq idik. Azarkeşlərin bizim necə döyüşdüyümüzü yəqin etdilər. Onlara qələbə qazandığımızı görmək xoşdur. Lakin təəssüflər olsun 1 xalla kifayətləndik.
– Bu gün "Neftçi" 2 xal itirdi, yoxsa 1 xal qazandı?
– Qələbə qazana bilərdik. Rəqibə nisbətdə daha yaxşı şanslar qazandıq. Son dəqiqələrdə üstün oyun sərgilədik. Bugünkü oyunumuza əsasən deyə bilərəm ki, 2 xal itirdik. Meydanda daha yaxşı tərəf biz idik.
– Meydanda bir insident yaşandı. Bu barədə fikirləriniz necədir?
– Səmimi olsam, heç nə görmədim. Nə baş verdiyini anlamadım. Hələ də bilmirəm ki, o epizod nəyə görə oyunçular arasında mübahisəyə səbəb oldu. Kim itələdi, kim digərinə zərbə vurdu? Bunların heç birini görmədim.
– Növbəti matç "Qarabağ"a qarşı oynayacaqsınız.
– Hazırlaşmaq üçün vaxtımız olacaq. Rəqibə ciddi yanaşırıq. Səfərdə qarşılaşacağıq. Lakin ora qələbə üçün gedəcəyik. "Qarabağ" yaxşı komandadır. Lakin onlardan çəkinmirik. biz "Neftçi"yik. Hər oyuna qələbə üçün çıxırıq.
– İddialı komandalara qarşı ardıcıl oynamaq komandada çətinlik yaradır?
– Təqvim belə qurulubsa, biz nəsə edə bilmərik. Borcumuz meydana çıxıb oyunumuzu göstərməkdir. Məncə, belə daha yaxşıdır. Ardıcıl oynamaq bizi sevindirir. Hər matça qalibiyyət üçün çıxırıq. Qələbəyə köklənmişik. Vaxtın önəmi yoxdur, fikrimiz ancaq qələbə qazanmaq yönəlib.
– Komandaya adaptasiya prosesi necə gedir? Azərbaycan Premyer Liqası barədə təəssüratlarınız necədir?
– Keyfiyyət baxımından üstün çempionatdır. Adaptasiya prosesim davam edir. Həm şəhərə, həm mədəniyyətinə, həm də komandamın oyun tərzinə öyrəşməyə çalışıram. Düşünürəm ki, hər şey yaxşı gedir. Bacarığımın ən yaxşısını edəcəyəm.
Azad Nuriyev