Xəbər lentiwidget-title-icon

Namik Ələskərov "Kəpəz"də - RƏSMİ
Valdas Dambrauskas: "Hər kəs sabah əlindən gələni edəcək"
"Sabah"dan ayrılan oyunçu "Araz-Naxçıvan"da
AFFA rəsmisi Gürcüstanda səfərdə olub
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular məlumdur
Azərbaycan klubunda çexiyalı voleybolçu
“Karvan-Yevlax”dan daha bir transfer - RƏSMİ
"Neftçi"dən "Araz-Naxçıvan"a - RƏSMİ
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
"Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirilib
Azərbaycanın iki boksçusu qızıl medal qazandı
Sabiq "Barselona"lı MLS-də
Azərbaycan çempionatı və kuboku başa çatıb
Azərbaycan cüdoçuları Qazaxıstanda təlim-məşq toplanışındadır
Çaloba "Çelsi"dən getdi
Cəlal Hüseynovun komandasından qələbə
Elvin Cəfərquliyevin durumu bəlli olub
Azərbaycan millisi Avropa çempionatını 17-ci yerdə başa vurub
“Orhus” bütün diqqətini “Sabah”a yönəltdi – Çempionat oyunu təxirə salındı
Azərbaycan yığmasından 2 qələbə
Maldininin oğlu "Kalyari"də
Argentina klubundan yeni transfer
Rahil Məmmədov "Turan Tovuz"da
Azərbaycan millisinin üzvü Türkiyə klubunda
Klublararası Azərbaycan çempionatı başa çatdı

"Şanslar 50/50-dir" - Regekampf

"Neftçi" klubu sabah Azərbaycan Kubokunun final matçında "Qəbələ" ilə üz-üzə gələcək.

Pressing.az
xəbər verir ki, oyundan əvvəl təşkil olunan mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:

- Final oyunudur. Çox çətin görüş olacaq. Hər iki komanda kuboku qazanmaq üçün motivasiyalıdır. "Qəbələ" yaxşı komandadır. Onlara hörmətlə yanaşmalıyıq. Finala qədər gəldikləri yola nəzər yetirməliyik. "Qəbələ" çox yaxşı komandalara qalib gələrək finala çıxıb. Döyüş ruhu çox olan final matçına hazır olmalıyıq. Sabahkı oyunda qalib gəlmək üçün hər şey edəcəyik. Əlimizdə olan şansdan yararlanmağa çalışacağıq ki, kuboku qazanaq. Oyuna hazırıq. Şanslar 50/50-dir.

- Penalti zərbələri üzərində işləmisiz?

- Buna hazırıq. Hər şey mümkündür. Bayaq dedim ki, sabah sona qədər döyüşməyə hazırıq.

- Dediniz ki, şanslar bərabərdir. Büdcə və oyunçuların keyfiyyəti, baş məşqçinin təcrübəsi baxımından sizcə, "Neftçi"nin şansları daha çox deyil?

- Çalışacam ki, nəzakətli cavablar verim. Bu cür oyunlarda baş məşqçilərin təcrübəsini müqayisəsini aparmaq doğru deyil. "Sevilya" ilə "Roma" arasında keçirilmiş Avropa Liqası finalına baxın. Əgər baş məqşçi təcrübəsini müqayisə ediriksə, oyundan əvvəl kuboku Joze Mourinyoya verməli idik. Çünki, təcrübəsi çoxdur. Baş məşqçi olaraq ən yaxşısını edirik ki, oyunçuları hazırlayaq. Bəli, finaldır. Şanslar bərabərdir. Çalışacağıq ki, bu oyunda qələbə qazanaq. Biz hansı klubu təmsil etdiyimizi bilirik. Bunu qürur hissi ilə etməliyik. Sabah klubumuzu yaxşı tərəfdən təmsil etməli, döyüşməli, qaçmalıyıq. Çünki bu, güclü, böyük addır. Burada "Neftçi" haqda danışıram. Hər bir oyunçu meydana daxil olanda dərk edir ki, klubun anlamı nədir. Finalda çoxlu hisslər var. Əminliklə deyə bilərəm ki, hər iki komanda ən yaxşısını edəcək.

- Joze Mourinyonun futbolçu keçmişi olmayıb...

O, indiyə qədər neçə titul qazanıb? Ən çox titul qazanan məşqçi kimdir? Mən deyə bilərəm, Aleks Ferqyussondur. 49 titulu var və ilk 4-5-likdə Mourinyo gedir. Səhv etmirəmsə, Mourinyo ilk dəfə idi ki, finalda uduzurdu. Hazırda dünyanın ən yaxşılarından biridir. Məşqçinin CV-si o qədər də vacib deyil. Sabah kubokun finalıdır. Ən yaxşısını etməyə çalışırıq. Aktyorlar oyunçulardır. Onlar meydana daxil olurlar, hissləri var, səhv edə bilərlər. Robotlarla yox, insanlarla çalışırıq.

- "Neftçi" ən köklü klublardan biridir. Sabah uğursuzluq baş versə, sizin istefanızla nəticələnə bilər?

- Bu suala cavab verməli deyiləm. Çox sevinirəm ki, oyunçularımla bərabər finala gəlib çıxmışıq. Bundan qürurlanmalıyıq. Bu, o deməkdir ki, özümüz və komandamız üçün yaxşı nəsə əldə etmişik. Buradan getməyim və qalmağımla bağlı heç bir problem yoxdur. Hər gün eyni inamla çalışıram. "Neftçi" üçün nələr edə biləcəyimi, səviyyəmin necə olduğunu bilirəm. Peşəkar məşqçiyəm. Müqaviləyə imza atanda bilirdim ki, risklər haradadır. İnanın ki, hər gün bu hiss ola-ola işləyə bilmərəm. Əldə etdiklərimə görə məmnunam.

Oxşar xəbərlər


Bütün xəbərlər

Namik Ələskərov "Kəpəz"də - RƏSMİ
Valdas Dambrauskas: "Hər kəs sabah əlindən gələni edəcək"
"Sabah"dan ayrılan oyunçu "Araz-Naxçıvan"da
AFFA rəsmisi Gürcüstanda səfərdə olub
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular məlumdur
Azərbaycan klubunda çexiyalı voleybolçu
“Karvan-Yevlax”dan daha bir transfer - RƏSMİ
"Neftçi"dən "Araz-Naxçıvan"a - RƏSMİ
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
"Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirilib
Azərbaycanın iki boksçusu qızıl medal qazandı
Sabiq "Barselona"lı MLS-də
Azərbaycan çempionatı və kuboku başa çatıb
Azərbaycan cüdoçuları Qazaxıstanda təlim-məşq toplanışındadır
Çaloba "Çelsi"dən getdi
Cəlal Hüseynovun komandasından qələbə
Elvin Cəfərquliyevin durumu bəlli olub
Azərbaycan millisi Avropa çempionatını 17-ci yerdə başa vurub
“Orhus” bütün diqqətini “Sabah”a yönəltdi – Çempionat oyunu təxirə salındı
Azərbaycan yığmasından 2 qələbə