Xəbər lentiwidget-title-icon

Messi rekordlara "doymur"
Əlcəzair - Avstriya oyununda "qol yağışı" - VİDEO
Portuqaliya yenə qalib gələ bilmədi - VİDEO
İngiltərə Panamaya belə qalib gəldi - VİDEO
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi məlum olub
Xorvatiya Qanaya çətinliklə qalib gəldi - VİDEO
Messi yenə qol vurdu, Argentina qalib gəldi – VİDEO
Konqo DR Özbəkistana 3 qolla qalib gəldi - VİDEO
28 iyun: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Zirə"nin KL-dəki rəqibi finalda
Şotlandiya millisi Klarkla yollarını ayırdı
"Sabah" "Ferentsvaroş"la qarşılaşır
Kamandan oxatma üzrə Bakı Şəhər Kubokunun II mərhələsinin açılış mərasimi keçirilib
“Şamaxı”nın rəqibi məlumdur
Azərbaycan cüdoçularından ilk gündə üç medal
Musleradan antirekord
DÇ-2026-da qrup mərhələsinə yekun vurulub - NƏTİCƏLƏR
UFC: Rafael Fiziyevdən möhtəşəm qələbə - VİDEO
"Zirə" Özbəkistan klubuna uduzdu
Zaur Həşimovun "Şəfa"da köməkçiləri BƏLLİ OLDU
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
"Səbail”dən daha bir transfer
Didye Deşamdan tarixi nəticə
"Bayern"dən Laymer qərarı
“Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini yekunlaşdırdı

Regekampf "Turan Tovuz"a məğlubiyyət haqda danışdı

"Neftçi" klubu Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzub.

Pressing.az
xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:

- Oyunumuzdan və hesabdan narazı qaldım. Oyunu çox çətinləşdirdik. Öz səviyyəmizdə oynamadıq. Bir neçə futbolçu bu gün öz səviyyəsinə çata bilmədi. Bu haqda düşünməliyik. Çempionat matçına və kubok oyununa hazırlaşmaq üçün bir neçə günümüz var. Hazırda yaxşı görünmürük. Futbolçularıma yüz faiz inanıram. Onlar növbəti matçda nəticəni dəyişə biləcəklər və bizi finala daşıyacaqlar.

- Komandanın yaxşı görünməməsinin səbəbi nə idi?

- Çoxlu səbəblər ola bilər. Ən böyük səbəblərdən biri süni örtüklü meydançadır. Futbolçularımla çoxlu söhbət edirəm. Çalışıram onların fikrini yayındırım ki, meydança haqda çox düşünməsinlər. Səbəb axtarmaq lazım deyil. Yaxşı oynamadıq. Yaxşı oynamsan belə, meydanda mübarizə aparmalısan. Cavab matçında rəqibə başqa üzümüzü göstərməli olacağıq.

- Meydanda mübarizə var idi. "Neftçi"nin hücumda "dişsiz" olmağının səbəbi nədir?

- Düzgün vurğuladız. Mən də eynisini dedim. Sadə oynamadıq. Buna görə də oyunu çətinləşdirdik. Epizodlar var idi ki, bir toxunuşla oynayıb, təhlükə yarada bilirdik.

- Bu gün "Turan Tovuz"un qələbə qazanmasında əsas amil nə idi?

- Matçdan sonra futbolçularımla söhbət etdim. Onlara da dedim ki, çox danışmalı, çoxlu səbəb axtarmalı deyillər. Çünki, onlar bu gün "Turan Tovuz"un meydanda etdiklərini edə bilmədilər. Rəqib oyunçular həm mübarizə apardılar, həm qaçdılar. İçlərində belə hiss var idi ki, hər top uğrunda mübarizə aparmalıdırlar. Həmişə sadə və uzun oynamağa çalışırdılar. Biz bunu şərh etməli deyilik. Çünki bu, onların oyun üslübudur. Əllərinə düşən şansdan yararlana bilirlər. Cavab görüşünə yaxşı hazırlaşmalıyıq. İnanıram ki, komandam geridönüş edəcək. Bu cür vəziyyətlərə artıq öyrəşmişik.

- Sıx qrafikdəsiz. Əsas gücü kuboka qoyub çempionat oyununda heyətdə rotasiya edəcəksiz?

- Bu suala cavab verə bilmərəm. Bakıya qayıtmağa 3-4 saatlıq yolumuz var. Sabahkı məşqdə hansı oyunçularımızda problem olduğuna baxmalıyıq. "Səbail"lə matça əlimizdə olan ən yaxşı heyəti buraxacağıq. Futbolçularım asanlıqla üç gündən bir oynaya bilərlər.

- Tovuzdakı azarkeş dəstəyini Rumıniya ilə necə müqayisə edərdiniz?

- Atmosfer mükəmməl idi. Onlar bu gün 12-ci oyunçu kimi çıxış etdilər. Stadionda belə halları görmək çox gözəldir. Rumıniyada bü cür atmosfer olan kifayət qədər stadionlar var.

- VAR-ın ləğv etdiyi penalti epizodu haqda nə deyə bilərsiz?

- Görməmişəm. oyundan sonra futbolçularımla danışdım. Onu deyə bilərəm ki, oyun dayanmasaydı, top Emin Mahmudovun qabağına düşəcəkdi. Həmin epizodda qol vura bilərdik. Hakim epizodun bitməyini gözləyib daha sonra VAR-a baxsaydı, daha yaxşı olardı.

- Cavab görüşündə ilk dəqiqələrdən hücum edəcəksiz, yoxsa ehtiyatlı oynayacaqsız?

- Finala yüksəlməliyik. Bunun üçün də qollar vurmaq lazımdır. "Bakcell Arena"da nələrin baş verəcəyini bilirik. Çünki ora gələn komandalar futbol oynamağa çalışır. Hətta "Turan Tovuz" da nələrsə etməyə çalışacaq. Öz oyunumiuzu oynamağa və finala yüksəlməyə çalışacağıq.

- Nəyə əsasən komandanızın finala yüksələcəyinə yüz faiz inanırsız?

- Dedim ki, yüz faiz əminəm ki, futbolçularım tam fərqli oyun göstərəcək. Onların səviyyəsinə inanıram. Bizim yaxşı oyunçularımız var. Onlar norməl meydançada oynayacaqlar. Orada istədikləri şeyləri edə biləcəklər. Amma bu, futboldur. "Turan Tovuz"un da şansları olacaq. Mən öz komandam haqda danışıram. Yüz faiz əminəm ki, futbolçularım geridönüş edə biləcəklər.

Oxşar xəbərlər


Bütün xəbərlər

Messi rekordlara "doymur"
Əlcəzair - Avstriya oyununda "qol yağışı" - VİDEO
Portuqaliya yenə qalib gələ bilmədi - VİDEO
İngiltərə Panamaya belə qalib gəldi - VİDEO
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi məlum olub
Xorvatiya Qanaya çətinliklə qalib gəldi - VİDEO
Messi yenə qol vurdu, Argentina qalib gəldi – VİDEO
Konqo DR Özbəkistana 3 qolla qalib gəldi - VİDEO
28 iyun: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Zirə"nin KL-dəki rəqibi finalda
Şotlandiya millisi Klarkla yollarını ayırdı
"Sabah" "Ferentsvaroş"la qarşılaşır
Kamandan oxatma üzrə Bakı Şəhər Kubokunun II mərhələsinin açılış mərasimi keçirilib
“Şamaxı”nın rəqibi məlumdur
Azərbaycan cüdoçularından ilk gündə üç medal
Musleradan antirekord
DÇ-2026-da qrup mərhələsinə yekun vurulub - NƏTİCƏLƏR
UFC: Rafael Fiziyevdən möhtəşəm qələbə - VİDEO
"Zirə" Özbəkistan klubuna uduzdu
Zaur Həşimovun "Şəfa"da köməkçiləri BƏLLİ OLDU