Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

Ayxan Abbasov böyükhesablı məğlubiyyət haqda danışdı

“Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 25-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda danışıb.

Pressing.az
xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Azarkeşlərə təşəkkür edirəm. Çoxdan görmədiyimiz ab-havanı sərgilədilər. Çox təəssüf ki, onları sevindirə bilmədik. Bəlkə də, “Neftçi” ən yaxşı oyununu oynadı. Bunu gözləyirdik. Üzücü məğlubiyyət oldu. Lakin belə oyunlar bizim üçün vacibdir. Futbolçularımın inkişaf etməsi önəmlidir.

İlk hissə rəqib çox təzyiq göstərdi. “Neftçi”nin son oyunlar ən yaxşı təzyiqi saymaq olardı. Planımız başqa idi, lakin rəqib imkan vermədi.

Kubok oyunlarında yanaşma fərqli olur. Bu gün sınaqlar keçirdik. Qışdan sonra rəqibimizdə yaxşı mənada dəyişikliklər var. Neçə oyun idi ki, onları analiz edirdik. Bu oyun kiçik imtahan idi. Müxtəlif variantlar var. Kubok oyununda başqa sistemlə oynaya bilərik. Təki futbolçularım sağlam olsun”.

Oxşar xəbərlər