Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

Ayxan Abbasov: “Rəqibin müdafiəsini yara bilirdik, amma...”

“Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 17-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Pressing.az
xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra təşkil edilən mətbuat konfransında bunları söyləyib:

“Yenə şəhidimiz var. “Neftçi”nin əməkdaşı da dünyasını dəyişib. Çox üzücüdür. Allah rəhmət eləsin! Azarkeşlərimizə təşəkkür edirəm. Bəlkə də, ən yaxşı oyunumuzu oynadıq. Getdikcə inkişafı görürdük. Təəssüf ki, oyunu xalsız başa vurduq. Futbolçularıma təşəkkür edirəm. Qarşıda çətin kubok matçımız var. Ona hazırlaşacağıq. İtkilərimiz var. Bir şey fikirləşib, tam hazır olmağa çalışacağıq. Əsas “Kəpəz”lə matçdır. Bir az üstünlüyümüz var. Maraqlı oyun olacaq.

“Neftçi” təcrübəli komandadır. Penaltidən qol buraxdıq. Bu gün VAR dəqiq baxır. Hətta yıxılanda belə əlini qoymalısan. Bununla ikinci dəfə qarşılaşırıq. Daha diqqətli olmalıyılq. Belə oyunlar olur. Əsas odur ki, gələcək matçlar üçün işıq görünür. Daha yaxşı ola bilərik.

Qalib gəlmək istəyirsənsə, epizodları dəyərləndirməlisən. Xüsusən, “Neftçi” kimi komandaya qarşı. Rəqibin müdafiəsini yara bilirdik. Sadəcə, son nöqtəni qoymaq çatmadı”.

Oxşar xəbərlər