Xəbər lentiwidget-title-icon

Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi

Qurban Qurbanov: “Başqa çıxış yolumuz yoxdur”

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 21-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Pressing.az
xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Oyun asan olmadı. Gəncədəki oyunlar həmişə gərgin şəraitdə keçib. Təəssüflər olsun ki, oyunumuzu yaxşılaşdıra bilmirik. Görüşün sürətini, dinamikasını normallaşdırmaq üçün şərait də yaxşı olmalıdır. Qış fasiləsindən sonra ilk matçımızı saat 14:00-da süni örtüklü stadionda keçirmişik. Ondan sonra saat 16:00-da, bu gün isə yenidən 14:00-da oynadıq. Belə şəraitdə futbolçulardan tam istədiyimiz performansı gözləyə bilmərəm. Rəqib bir xala layiq idi. Onları təbrik edirəm. Tərlan Əhmədova uğurlar arzulayıram.

Qarşıda bizi ağır qrafik gözləyir. Amma ilk dəfə belə halla rastlaşmırıq. Çatışmazlıqlar var. Qarşıdakı günlərdə matçlara daha yaxşı hazırlaşmağa çalışacağıq. Başqa çıxış yolumuz yoxdur. Əlimizdə olan futbolçuların bərpasını tezləşdirməliyik. Oyundan-oyuna komandanı qarşılaşmalara daha yaxşı kökləmək istəyirik”.

Oxşar xəbərlər