Xəbər lentiwidget-title-icon

PFL 1-ci və 2-ci liqada mövsümün başlama tarixini açıqladı
"Neftçi" Sloveniya toplanışına start verib
Azərbaycan yığmalarında məşqçi dəyişiklikləri
“Turan Tovuz” rəsmisi: “Fənərbağça” seçimi təsadüfi deyil” – AÇIQLAMA
“Gəncə” braziliyalı oyunçu ilə anlaşıb
Vüsal İsgəndərli Kosovo klubunda - RƏSMİ
Təcrübəli qapıçı İtaliya klubundan ayrıldı - RƏSMİ
30 iyun: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Zirə" Türkiyə klubu ilə qarşılaşır
Azərbaycanda bu şəhərin iki klubu birləşdirilib
Levandovski rəsmən ABŞ klubunda
Almaniya DÇ-2026 ilə belə vidalaşdı - VİDEO
Braziliyanın çətin qələbəsi - VİDEO
Daha bir futbolçu karyerasını nöqtələyib
Rusiya nəhəngindən yeni transfer - RƏSMİ
Azərbaycan klublarının yay transfer "bazarlığı" davam edir – YENİLƏNİR
İngiltərə nəhəngi baş məşqçi təyinatını rəsmən açıqladı
Azərbaycan cüdoçularından İspaniyada beş medal
DÇ-2026: Mərakeş Niderlanda şok yaşatdı
Braziliya Yaponiyanı çətinliklə keçdi
"Zirə" üçün daha bir rəqib
Braziliya - Yaponiya matçı üçün HEYƏTLƏR
AFFA İcraiyyə Komitəsi nə qərarlar qəbul etdi?
Meksikalı qapıçı rekordu təkrarlayıb
“İmişli” Kaşkilya ilə vidalaşdı

"Birinci hissədə tam razı qalmadım" – Qurban Qurbanov

"Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. Yaxşı oyun oynayaraq qələbə qazanmaq istəyirdik. Birinci hissədə tam razı qalmadım. İkinci hissədə daha düzgün oynadılar. Yaxşı atmosfer var idi. Bu stadionda yaxşı atmosfer həmişə olub. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, bu oyuna fərqli yanaşırlar. Samir Abbasova və "Neftçi"yə uğurlar arzulayıram".

Pressing.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 15-ci turunun "Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Fasilədə əvəzlədiyiniz futbolçulardan hansı planda razı qalmadız?

- Romao zədə aldı. Ağrısı çox oldu. Durumu ciddi ola bilər. Sabah biləcəyik. Şiş çox idi. Elvinə gəldikdə, ikinci sarı vərəqəyə görə ehtiyat etdik. Çox sadə epizodda vərəqə aldı.

- İlk qoldan sonra Leandro Andradeyə sarı vərəqə göstərildi və narazılıq bildirdiz...

- Onlar orada azarkeşlərə heç nə etmirdilər. Onlar həmişə bu cür şəkil çəkdirirlər. Dəfələrlə Andrade və Medina elə şəkil çəkdirib. Hakimə bildirdim ki, mümkün deyil ki, azarkeşlərə nəsə etsin. Özü də, kim-kim, Leandro. O, çox sakit insandır. Sanki Elçin Məsiyev də bunu qəbul etdi.

- Nəriman Axundzadə və Musa Qurbanlının çıxışından nə qədər razısız? Onları nə vaxt ideal formada görə bilərik?

- İkisi də pis çıxış etmədi. Nəriman dubl etdi. Musa da xeyli qol epizoduna girdi. Onların daha yaxşı olması üçün gərək oyun sayları çox olsun. Bizim qrafikimiz elədir ki, maksimum istifadə edə bilmirik. Belə sürətli oyunda ikisindən də razı qaldım.

- Bu gün "Neftçi" ilə oyunda əsas heyətdən oyunçular yox idi. Avrokubok matçına görə belə idi?

- Oyuna ciddi hazırlaşmışdıq. "Neftçi"yə qarşı oynayırdıq. Azarkeşləri də düşünməliyik. Onlar aktiv futbol görməlidir. Avrokubok oyunundan əvvəl daha çox hansısa plan qururuq. Amma hazır olan futbolçunu çalışırıq ki, daha çox meydana buraxaq. "Lion"la matçda oyunçular çox yorulmuşdu.

- Qarşıda gərgin qrafik gözləyir. Altı oyun var. Psixoloji və fiziki cəhətdən hazırsız?

- Hazır olmağa məcburuq. Başqa çıxış yolumuz yoxdur. Belə olanda, komandanı bəzən istədiyin optimal formada saxlaya bilmirsən. Məşqlərin keyfiyyəti futbolda çox önəmlidir. İki ay normal 22-23 futbolçu ilə 4-5 məşq etməyimiz yadıma gəlmir. Çünki sıx qrafik var. Neçə illərdir ki, bu proses davam edir. Futbolçular üçün çətin olsa da, işləyirik. Fiziki yorğunluğu aradan qaldırmaq olur. Psixoloji yorğunluq isə çətindir. Başqa variantımız yoxdur. Hazır olmalıyıq.

- Şahruddin Məhəmmədəliyevə şans vermək barədə düşünürsüz?

- Artıq 4-5 məşqdir ki, komandadadır. Tam bərpa olunub. Qarşıdakı matçlarda olacaq. Limit lazım olanda, mütləq edəcəyik. Qışa qədər bəlkə 1-2 matçda şərait yaratmaq olar.

- "Qəbələ" ilə dekabrın 4-də kubok matçınız var. Həmin oyun haqda nə düşünürsüz?

- Ən təhlükəli oyunlar elə bu oyunlar olur. Mən tam ciddiyəm, tam məsuliyyətli yanaşıram. Futbolçularda nə qədər desək də, motivasiya aşağı ola bilər. Qəbələdə oynamaq iqlim baxımından futbolçulara çətinlik yaradıb. Kaxaber Sxadadze də oradadır. Kubok da ən narahat olduğum turnirlərdən biridir. Ciddi hazırlaşacağıq. Futbolçuların durumuna baxacağıq.

Oxşar xəbərlər


Bütün xəbərlər

PFL 1-ci və 2-ci liqada mövsümün başlama tarixini açıqladı
"Neftçi" Sloveniya toplanışına start verib
Azərbaycan yığmalarında məşqçi dəyişiklikləri
“Turan Tovuz” rəsmisi: “Fənərbağça” seçimi təsadüfi deyil” – AÇIQLAMA
“Gəncə” braziliyalı oyunçu ilə anlaşıb
Vüsal İsgəndərli Kosovo klubunda - RƏSMİ
Təcrübəli qapıçı İtaliya klubundan ayrıldı - RƏSMİ
30 iyun: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Zirə" Türkiyə klubu ilə qarşılaşır
Azərbaycanda bu şəhərin iki klubu birləşdirilib
Levandovski rəsmən ABŞ klubunda
Almaniya DÇ-2026 ilə belə vidalaşdı - VİDEO
Braziliyanın çətin qələbəsi - VİDEO
Daha bir futbolçu karyerasını nöqtələyib
Rusiya nəhəngindən yeni transfer - RƏSMİ
Azərbaycan klublarının yay transfer "bazarlığı" davam edir – YENİLƏNİR
İngiltərə nəhəngi baş məşqçi təyinatını rəsmən açıqladı
Azərbaycan cüdoçularından İspaniyada beş medal
DÇ-2026: Mərakeş Niderlanda şok yaşatdı
Braziliya Yaponiyanı çətinliklə keçdi