Xəbər lentiwidget-title-icon

"Mənim üçün rəqibin "Qarabağ", "Sumqayıt" və ya "Kəpəz" olmasının fərqi yoxdur"
"Məğlubiyyətə layiq deyildik" - "Qəbələ"nin məşqçisi
"Neftçi" və "Qarabağ"dan qələbə - YENİLƏNİB
Ulraynalı futbolçu "Turan Tovuz"da
Zubir: "Hədəfimiz çempion olmaqdır və sona qədər mübarizə aparacağıq" – AÇIQLAMA
"Neftçi" - "Qəbələ" matçı üçün HEYƏTLƏR
"Bəhlul Mustafazadəyə ikinci sarı vərəqə verilməli idi" - Ayxan Abbasov
Qurban Qurbanov: "Futbolçulara elə yerlərdən təkliflər gəlir ki..."
Qurban Qurbanov meydanı qardan təmizlədi - VİDEO
SON DƏQİQƏ! “Şamaxı” – “Qarabağ” oyununun saatı dəyişdirildi
“Neftçi” braziliyalı futbolçunun transferini rəsmən açıqlayıb
Qarlı Şamaxıda heyətlər açıqlandı
10 fevral: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Fənərbağça"dan rahat qələbə - VİDEO
Zaur Axundov barədə ev dustaqlığı həbs qərarı verilib
"Qarabağ" Şamaxı səfərində, "Neftçi" "Qəbələ"ni qəbul edir
"Qalatasaray"ın yetirməsi "Zirə"də
"Neftçi"də itkilər
"Turan Tovuz" "Karvan Yevlax"a belə qalib gəldi - VİDEO
Qurban Qurbanov qızına toy edib – VİDEO
"Turan Tovuz"dan qələbə, Qubada "sülh" - YENİLƏNİB
Jorj Kaşkilya: “Nəticə qənaətbəxşdir”
"Turan Tovuz" - "Karvan-Yevlax" matçı üçün HEYƏTLƏR
"Heç kim istəməzdi ki, belə hadisə olsun"
Qurban Qurbanov üçün əlamətdar gün – Digər övladına toy edir

"Qapıçılarımız dedilər ki, orada "qırmızı" yox idi" - Qurban Qurbanov

"Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Vacib 3 xal əldə etdik. Qarşımızda istəkli və ciddi rəqib var idi. Belə geridönüşlər futbolçulara inam verir. Azarkeşlərimizə təşəkkür edirəm".

Pressing.az
xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 20-ci turunun "Kəpəz"lə matçından sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb:

- Nədən narazı qaldınız?

- Çox deməzdim. Narazı qaldığım bəzi epizodlar oldu. Qəbələdə, Gəncədə, Tovuzda yaxşı oyun göstərmək çətindir. Amma futbolçular ciddi və diqqətli idilər.

- Buraxdığınız qolu necə şərh edərdiniz?

- Şərh olunacaq bir şey yoxdur. Standart vəzityyətdir. Qapıçı ilə Bəhlulun toqquşmasından sonra boşluq yarandı.

- Yasin Benzianın zədələndiyi epizodda qapıçıya qırmızı vərəqə verilməli idi? Futbolçunun durumu necədir?

- Qərar hakimlərin olmalıdır. Məncə, həmin epizod qırmızı vərəqə idi. Amma paltardəyişmə otağında qapıçılarımız dedilər ki, orada qırmızı yox idi. Benzianın durumu yaxşı deyil, Həkimlər başına tikiş qoydular. Baş gicəllənməsi var idi. Çox sərt zərbə aldı. Dəqiq durumu sabah bilinəcək.

- Redon Cicanın zədəsi ciddidir?

- Ciddi bir problem olmalı deyil. Yorğunluqdan əzələsində gərilmə oldu. Sabahkı müayinədən sonra dəqiq məlumat biləcəyik.

- Riçard Almeydanın yerdə qaldığı epizodda Marko Veşoviç etiraza qorə sarı vərəqə gördü. Bundan sonra Bədavi onunla çox aqressiv danışdı. Onu bu davranışına görə əvəzlədiz?

- Bədavidən heç nə olmaz. Qoy aqressiv davranmağı öyrənsin. Əvvəlcədən bu əvəzetməni planlaşdırmışdı. Sıx qrafikdəyik. Futbolçuları çox yormaq olmaz.

- İkinci yerdən 17 xal öndəsiz. Belə durumda komandanı motivasiya etmək çətin deyil?

- Deməzdim təsir edir. Mənim tələblərim, proqramım olduğu kimi davam edir. Futbolçular da bunu ürəkdən yerinə yetirirlər. Nə qədər desək də, bəzən futbolçularda arxayınlıq olur. Amma bu, o demək deyil ki, biz hər şeyi təmin etmişik.

- Aleksey İsayev "Braqa" ilə oyunlara qədər komandaya uyğunlaşacaq?

- İsayevin bizim tələblərimizə uyğunlaşmağa ehtiyacı yoxdur. Təcrübəli futbolçudur. Amma onu potensialı bu deyil. Daha da yaxşı olmalıdır. Komandamıza fayda verəcək futbolçudur. Gələcəkdə ondan daha yaxşısını tələb edəcəyik.

- Xabi Alonso ilə görüşdükdən sonra onun adı "Liverpul"la hallanır. Görüş zamanı bu haqda danışdınız?

- Yox. O barədə danışmadıq. Biz sırf işlə bağlı görüşmüşük.

Oxşar xəbərlər

Bütün xəbərlər