Xəbər lentiwidget-title-icon

"Kəpəz" rekordu yeniləyib
ÇL: "Araz-Naxçıvan" qrupda son oyuna çıxır
MPL: "Turan Tovuz" "Sabah"ı qonaq edir
"Marafon” dördüncü matçında da məğlub olub
FIFA-nın “Məktəblərdə Futbol” seminarı “Boots for All” festivalı ilə yekunlaşıb
"Gəncə” FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
1000-ə bir şey qalmadı
"Turan" növbəti qələbə ilə Çempionlar Liqasında mərhələ adladı!
Könül Əliyevadan “Böyük Dəbilqə”də tarixi nəticə
Azərbaycan yığması Vyetnama uduzdu
Rəşad Yelkiyevdən “Böyük Dəbilqə”də bürünc medal
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
Azərbaycan Kubokunda 1/8 finalın bütün cütləri
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
“Barselona”nın sabiq futbolçusu Bakıya gəlib
Fərid Ələkbərov: "Onların belə mübarizə aparacaqlarını, açığı, gözləmirdim" - AÇIQLAMA
29 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycanın 3 güləşçisi məğlub olub
“Turan” Çempionlar Liqasında cavab oyununa çıxacaq
Azərbaycan yığması Mozambiki məğlub etdi
Azərbaycanlı gənc futbolçu İspaniya klubuna transfer edildi
Diqqətsizlik, yoxsa oyun manipulyasiyası? – YAZI
“LANDAU Lions” Türkiyə təmsilçisinə qalib gəlib
Bakıda FIFA nümayəndələrinin iştirakı ilə seminar keçirilib

Səbir, sistem və düşünülmüş çempionluq

"Sabah" ötən gün tarixində ilk dəfə Azərbaycan çempionatının qalibi adını qazandı. "Neftçi"nin 5 illik tilsimi qıraraq Azərbaycan derbisində "Qarabağ"a qalib gəlməsi Masazır klubuna tarixində əvəzolunmaz hisslər yaşatdı. "Bayquşlar" bundan əvvəl də baş mükafata yaxın olsa da, alınmamışdı. Fəqət bu dəfə bacardılar. Təbii ki, çempionluğa gedən yolda bəzi amillərin böyük rolu oldu.

Doğru idarəetmə və düzgün yanaşma...

Arzuolunmaz məqam olsa da, bəzi klublarımızda təəssüf ki, hələ də rəhbər(lər)in kim olduğu bəlli deyil. Belə olduqda da ortaya xaotik vəziyyət çıxır. Atılan addımlar plansız, nəticələr isə təsadüfi olur. Lakin bu mövsüm "Sabah"da fərqli mənzərə gördük. Klubun "sükanı arxasında" kiminsə olduğu hiss olunur. Bu, sadəcə formal rəhbərlik deyil, düşünülmüş strategiya və qətiyyətli yanaşma təsiri bağışlayır.

"Sabah"ın Maqsud Adıgözəlovun rəhbərliyi altında düzgün idarə olunduğunu və istiqamətləndiyini sezmək çətin deyil. Adıgözəlovun transfer siyasətində də söz sahibi olması özünü mövsüm boyu büruzə verdi. "Bayquşlar"ın etdiyi yeni transferlərin hər biri sanki komandanın "boyuna biçilib".

Baş məşqçi məsələsinə gəldikdə...

Bəli, “Sabah” uzun müddət baş məşqçi dəyişikliklərinə görə tənqid olunurdu. Bu tənqidlər müəyyən mənada haqlı idi, çünki sabitlik yox idi. Bir məşqçi göndərilib, digəri gətirilirdi. Amma "Sabah" bu prosesdə panikaya qapılmadı. Görünür ki, Masazır təmsilçisi nəticədən çox sistem izində idi. Uyğun məşqçi tapılana qədər geri çəkilmədilər və sonda bu səbir öz bəhrəsini verdi. Valdas Dambrauskasın komandanın "sükanı arxasına" gətirilməsi "nöqtə atışı"na bənzədi. "Sabah"ın bugünkü çempionluğunun əsas səbəbkarlarından biri də məhz litvalı mütəxəssisdir.

"Sabah" "altyapı"ya da xüsusi önəm verir. Bu gün ölkədə ən yaxşı uşaq futbol akademiyalarından biri bu kluba məxsusdur. Təsadüfi deyil ki, hər ötən gün bu akademiyaya axın edənlərin sayı artır. Bu sistematik məcrada Masazır klubunun adı kimi sabahını da qarantiləməsi şübhə doğurmur.

Hilal

Oxşar xəbərlər

Bütün xəbərlər