Xəbər lentiwidget-title-icon

Azərbaycan yığmalarında məşqçi dəyişiklikləri
“Turan Tovuz” rəsmisi: “Fənərbağça” seçimi təsadüfi deyil” – AÇIQLAMA
“Gəncə” braziliyalı oyunçu ilə anlaşıb
Vüsal İsgəndərli Kosovo klubunda - RƏSMİ
Təcrübəli qapıçı İtaliya klubundan ayrıldı - RƏSMİ
30 iyun: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Zirə" Türkiyə klubu ilə qarşılaşır
Azərbaycanda bu şəhərin iki klubu birləşdirilib
Levandovski rəsmən ABŞ klubunda
Almaniya DÇ-2026 ilə belə vidalaşdı - VİDEO
Braziliyanın çətin qələbəsi - VİDEO
Daha bir futbolçu karyerasını nöqtələyib
Rusiya nəhəngindən yeni transfer - RƏSMİ
Azərbaycan klublarının yay transfer "bazarlığı" davam edir – YENİLƏNİR
İngiltərə nəhəngi baş məşqçi təyinatını rəsmən açıqladı
Azərbaycan cüdoçularından İspaniyada beş medal
DÇ-2026: Mərakeş Niderlanda şok yaşatdı
Braziliya Yaponiyanı çətinliklə keçdi
"Zirə" üçün daha bir rəqib
Braziliya - Yaponiya matçı üçün HEYƏTLƏR
AFFA İcraiyyə Komitəsi nə qərarlar qəbul etdi?
Meksikalı qapıçı rekordu təkrarlayıb
“İmişli” Kaşkilya ilə vidalaşdı
"Araz-Naxçıvan"ın rəqibləri açıqlanıb
Daha bir millidə baş məşqçi istefası

“Turan Tovuz” rəsmisi: “Fənərbağça” seçimi təsadüfi deyil” – AÇIQLAMA

“Turan Tovuz” Türkiyənin köklü klublarından olan “Fənərbağça” ilə yoldaşlıq görüşü keçirməyə hazırlaşır.

Pressing.az xəbər verir ki, Tovuz təmsilçisinin İdarə Heyətinin üzvü Nəsimi Paşayev matc.az-a açıqlamasında İstanbul nəhəngi ilə baş tutacaq qarşılaşmanın təfərrüatları haqqında məlumat verib.

“Məqsədimiz azarkeşlərə futbol bayramı yaşatmaqdır”

Nəsimi Paşayev öncə bu ideyanın necə yarandığına aydınlıq gətirib: “Ötən mövsüm əsas hədəflərimizdən biri avrokuboklara vəsiqə qazanmaq idi. Bu məqsədlə Tovuz şəhər stadionunda mövsüm bitməmişdən öncə ciddi yenidənqurma işlərinə başlamışdıq. İstəyimiz avrokubok oyunlarının heç olmasa birini doğma azarkeşlərimiz önündə keçirmək idi. Çünki bu, yalnız tovuzluların deyil, bütün Qərb bölgəsinin futbolsevərlərinin haqqı idi. Təəssüf ki, UEFA-nın məlum qərarı səbəbindən azarkeşlərə bu sevinci yaşada bilmədik. Buna baxmayaraq, stadiondakı infrastruktur işlərini dayandırmadıq. Belə qərara gəldik ki, avrokuboklara gedə bilməsək də, Azərbaycanda böyük azarkeş ordusuna sahib olan, Avropada uğurlu çıxışları ilə seçilən bir komandanı Tovuza dəvət edək. Beləcə, “Turan”sevərlərə əsl futbol bayramı bəxş etməyi hədəflədik”.

“Fənərbağça” seçimi təsadüfi deyil

Bəs rəqib qismində niyə məhz “Fənərbaxça” seçilib? Paşayev bildirib ki, 1994-cü ildə “Turan”ın avrokuboklarda məhz “Fənərbaxça” ilə qarşılaşması və İstanbul təmsilçisinin ölkəmizdəki populyarlığı bu qərarda rol oynayıb: “Klub rəhbərliyimiz bir neçə dəfə şəxsən Əziz Yıldırımla görüşərək danışıqlar aparıb və nəhayət, oyunun keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bizə bu işdə hər zaman "Turan"ın yanında olan, dəstəkləyən və yarandığı gündən kluba azarkeşlik edən iş adamı yardımçı oldu”.

Matç nə vaxt keçiriləcək?

Oyunun dəqiq tarixi ilə bağlı danışan klub rəsmisi, hazırda müəyyən təqvim planlaması üzərində işlədiklərini bildirib: “Bilirsiniz ki, “Fənərbaxça” Çempionlar Liqasında mübarizə aparacaq, komandamız isə Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Oyunun Tovuzda təşkil olunması üçün uyğun zaman qrafiki tərtib etməliyik. Əgər hər hansı bir dəyişiklik olmasa, matçın sentyabrda – milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq fasilə zamanı keçirilməsini nəzərdə tutmuşuq. Həmin müddət uyğun gəlməsə belə, növbəti fasilə dövründə bu görüşü baş tutması üçün əlimizdən gələni edəcəyik. İnşallah, Tovuzda “Turan”sevərlərə unudulmaz anlar yaşatmaq üçün hazırlıqlarımızı davam etdiririk”.

Oxşar xəbərlər

Bütün xəbərlər