Xəbər lentiwidget-title-icon

Valdas Dambrauskas: "Ev sahibidirlər, arxayınlaşa bilmərik"
"Zirə"dən ayrıldı, "Səbail"ə keçdi - RƏSMİ
Biliç rəsmən Xorvatiya millisində
"Beşiktaş" dünyaca mşhur futbolçuyla razılıq əldə etdi
Portuqaliya klubunun sabiq futbolçusu HƏLAK OLDU
"Mingəçevir"dən ayrılan futbolçunun yeni klubu - RƏSMİ
"Qəbələ" beş yoxlama oyunu keçirəcək
Babək Quliyev Konfrans Liqasının oyununda
Maldininin yeni iş yeri
Yusif Dursunov da Avropa çempionu oldu
Fransa klubunda yeni çalışdırıcı
Azərbaycan voleybolçularından bürünc medal
Azərbaycan millisindən Estoniyada qızıl medal
Azərbaycan millisi İsveçrəyə məğlub olub
Yusif Dursunov Avropa çempionu oldu!
"Barselona"da ayrılıq yaşanır
Azərbaycan millisi rekorda imza atdı
Azərbaycan yığması Slovakiyanı məğlub etdi
"Turan Tovuz"dan "Şəfa"ya - RƏSMİ
İspaniya çempion oldu
Klopp Alman iya millisi ilə razılığa gəldi
İngiltərədən Portuqaliyaya
Azərbaycan klublarının yay transfer "bazarlığı" davam edir – YENİLƏNİR
Dünya Çempionatı: Azərbaycan millisinin ilkin heyəti açıqlandı
Millimiz Bolqarıstanda Rumıniya yığmasına qalib gəlib

"Sabah"ın baş məşqçisi: "Uduzsaq da, futbolçularımla fəxr edirəm"

“Düşünürəm ki, taktiki baxımdan çox maraqlı oyun oldu. Biz bu oyuna planla gəlmişdik. Məğlub olmağımıza baxmayaraq, futbolçularımı yalnız tərifləyə bilərəm. Onlarla fəxr edirəm".

Pressing.az xəbər verir ki, bu gün sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının 3-cü təsnifat mərhələsində səfərdə "Levski"yə uduzduqları ilk oyundan (0:1) sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bilirib ki, bu görüşdə daha yaxşı nəticə qazanmaqları mümkün idi: "Düşünürəm ki, uzun müddət “Levski”yə qarşı yaxşı mübarizə apardıq. Rəqib səviyyəli komandadır. Amma ilk hissədə oyuna bizim daha çox nəzarət etdiyimiz anlar da oldu. Bir az daha soyuqqanlı ola bilsəydik, daha yaxşı nəticə əldə edə bilərdik. İkinci hissədə isə, əlbəttə, rəqib baş məşqçisinin pressinqə qarşı bir həll tapacağını və bizim təzyiqimizi azaltmaq üçün yollar axtaracağını gözləyirdik. Elə də oldu. Xüsusən də oyunun 60-cı, 68-ci dəqiqələrinə qədər Everton Balla daha dərin oynadı və orada əlavə oyunçu üstünlüyü yaratdı. Biz həmin anda bir az kompaktlığımızı itirdik və “Levski” üstünlük qazandı. Amma bundan sonra biz də öz həll yollarımızı tapdıq. Oyunun bərabər səviyyədə davam etdiyini düşünürəm".

O, arenadakı atmosferdən də söz açıb: "Əlbəttə ki, stadiondakı atmosfer... Bu gün orada möhtəşəm atmosfer var idi. Əlbəttə ki, azarkeşlərin dəstəyi ev sahibi komanda üçün böyük üstünlük idi. Düşünürəm ki, əgər stadionda bu atmosfer olmasaydı, fərqli nəticə qeydə alına bilərdi".

Valdas Dambrauskas yaratdıqları qol vəziyyətlərindən də danışıb: "İkinci hissədə bizim iki çox yaxşı qol imkanımız oldu. Təəssüf ki, onları reallaşdıra bilmədik. Amma bu sadəcə ilk oyundur. 90 dəqiqə geridə qaldı və indi “Levski”ni gələn həftə Bakıda qarşılayacağıq”.

Oxşar xəbərlər