Xəbər lentiwidget-title-icon

Utziq yenidən "Qəbələ"də
Azərbaycan millisi Çexiya ilə heç-heçə etdi
"Sabah"ın ÇL oyunlarına VİP bilet almaq istəyənlərin nəzərinə!
"Zirə” Çempionlar Liqasının 1/4 finalında
Almaniya millisində itki
Bellinqemdən ikinci dəfə
"Xankəndi" Zaur Hacıyevi istefaya göndərdi - RƏSMİ
25 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi
"Zirə"dən ayrılan qapıçı "Şəfa"da
Fərid Qayıbovla albaniyalı idman rəsmiləri arasında görüş
Azərbaycanlı şahmat hakimi FİDE-nin xüsusi mükafatına layiq görüldü
Litva- Azərbaycan matçının hakimləri açıqlanıb
“Sumqayıt” ingiltərəli basketbolçu ilə müqavilə bağlayıb - RƏSMİ
Azərbaycanın U-21 millisi Çexiyaya qarşı
“Kəpəz” Azərbaycan millisinə qalib gəlib
“Zirə” Çempionlar Liqasında ilk qələbəsini qazanıb
Şahmatçılarımızdan 8-ci turda iki heç-heçə
AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
Azərbaycan boksçusu Avropa çempionu oldu!
Azərbaycan klubunda yeni məşqçi - RƏSMİ
“Zirə”nin yeni transferi əməliyyat olunub
2-ci Liqada 6 oyunun hakimləri məlum olub
Azərbaycan Qran-prisində sərbəst yürüşlər keçirilib

"Futbolçularımla fəxr edirəm" - Krunoslav Renduliç

"Sabah" klubu Azərbaycan Premyer Liqasının 33-cü turunda səfərdə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.

Pressing.az
xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunçularımı təbrik edirəm. Onlarla fəxr edirəm. Ardıcıl 4 oyunda qələbə qazanmaq asan deyil. Ayaz Quliyevin uzaqdan vurduğu mükəmməl zərbə ilə hesabda önə keçdik. Qoldan sonra sanki nəticədən məmnun idik. Futbolçulara demişdim ki, bu gün çətin oyun olacaq. İlk hissədə "Araz-Naxçıvan" topa daha çox nəzarət edirdi. İkinci hissədə biz daha yaxşı oynadıq. Penaltini qaçırdıq. Oyunun taleyini daha erkən həll edə bilərdik. Oyundan və 3 xaldan məmnunuq. Hələ heç nə bitməyib. Qarşıda 3 oyun və 9 xal var. Növbəti matça hazırlaşmalıyıq.

- "Sabah" bu mövsüm penaltilərdə uğursuzdur. Bu barədə nə deyə bilərsiniz?

- Qaçan penaltilər də oyunun bir hissəsidir. Bu, sadəcə keyfiyyətdən asılı deyil, bəzən konsentrasiyadan da asılıdır. Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi. Hər kəs artıq qolu qeyd edirdi. Penaltidə şanslar 50/50-dir. Ona görə də erkən qeyd etmək lazım deyil.

- Son üç oyunda "Sabah" ilk hissədə vurduğu qollarla qələbə qazanıb. İkinci hissədə komanda arxayın olur?

- Bu gün ilk yarıda o qədər də yaxşı oynamadıq. Əksinə, ikinci hissədə çox yaxşı oynadıq. İki yaxşı qol fürsətimiz oldu. 3-4 epizodda son ötürmələri düzgün verə bilmədik.

- Mövsümün sonunda komandadan neçə nəfər gedəcək? Zəif mövqelər üçün axtarışlara başlanılıb?

- Hazırda bu söhbətlərin yeri deyil. Qarşıda üç oyun var. Yeni oyunçuların axtarışındayıq.

- Öz həmvətənlərinizdən gətirəcəksiz?

- Xorvatiyadan olmağım o demək deyil ki, xorvat oyunçular gətirəcəm. Əlbəttə Xorvatiyada yaxşı futbolçular var. Amma realist olmaq lazımdır. Dəqiq deyə bilmərəm ki, gətirəcəyik ya yox.

- Ən çox qarşıdakı hansı oyuna görə narahatsız?

- Həmişə birincisi. İkinci və ya üçüncünü fikirləşmirəm.

- Son turda "Neftçi" ilə qarşılaşacaqsınız. İstəyərdiz ki, həmin matça kimi hər şey həll olunsun?

- Bütün məşqçilər istəyər ki, axırıncı oyun heç bir şeyi həll etməsin. Necə olacağını indidən demək çox çətindir. "Neftçi"nin də üç oyunu var. İnanıram ki, həmin matça kimi rahat olacağıq.

Oxşar xəbərlər

Bütün xəbərlər